Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verir
08.11.2024 [12:50]
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, inkşafına verdiyi töhfələrdən, təşkilata daxil olan ölkələr arasındakı mövcud münasibətlərdən, işğaldan azad olunan ərazilərdə görülən genişmiqyaslı yenidənqurma və bərpa işlərindən, həyata keçirilən layihələrdən bəhs edib.
Prezident İlham Əliyev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə həmkarı Sadır Japarova təşəkkür edib. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu xatırladaraq, bu dövr ərzində Təşkilatın uğurlu inkişaf yolu keçdiyini bildirib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.
“Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil”, deyən Prezident İlham Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində verdiyi maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini xatırladıb, həmçinin qeyd edib ki, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Prezident İlham Əliyev son dövrlərdə Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların artdığını bildirib. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün ölkəmizin öz sərmayələrini artırdığını diqqətə çatdırıb. Ölkə başçısı əlavə edib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.
Prezident İlham Əliyev çıxışında işğal dövründə düşmənin torpaqlarımızda törətdiyi vandalizmə toxunaraq, bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etdiklərini diqqətə çatdrıb. Ölkə başçısı indi azad edilən ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirildiyini, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri döndüklərini bildirib.
Məlum olduğu kimi bu ay ölkəmiz daha bir böyük tədbirə, COP29 iqlim konfransına ev sahibliyi edəcək. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. “Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir”, deyən ölkə başçısı bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu vurğulayıb.
Sahib Şükürov,
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

