Şanlı Qələbəmiz bizim tarixi nailiyyətmizdir
15.11.2024 [17:34]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışındandan sonra xalqa müraciətində mühüm məqamlara toxunub, Vətən müharibəsində ordumuzun göstərdiyi yüksək şücaət və fədakarlıqdan geniş bəhs edib, ciddi mesajlar verib.
Ölkə başçısı Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi təbrik edib. Hər zaman olduğu kimi şəhidlərimizin əziz xatirəsinin yüksək tutulacağını bildirən Müzəffər Ali Baş Komandan şəhidlərimizin və bütün günahsız qurbanların qisası, qanı döyüş meydanında alındığını qeyd edib.
Prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi İlə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində ancaq irəli gedərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Şuşa əməliyyatı, şəhərin işgaldan azad edilməsi demək olar ki, düşmənin belini qırdı. Nəticədə 2020-ci ilin 10 noyabr tarixində düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq torpaqlarımızın otuz il ərzində işğal altında olmasına baxmayaraq, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin bu işğalla heç vaxt barışmadığını vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Erməni vəhşiliyinə , vandalizminə toxunub,düşmənin 30 il ərzində işgal etdikləri torpaqlarda törətdikləri vəhgşiliklərdən bəhs edib. Ölkə başçısı qeyd edib ki, “Ermənistanın qərbdəki bəzi havadarları bu ölkədən “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu otuz il işğal olmayıb, dağıntılar olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbrlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Ancaq biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.”
Çıxışında antiterror əməliyyatlarından bəhs edən Dövlət başçısı 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı düşmənə növbəti bir dərs olduğunu və bununla da separatçılığın kökünün kəsildiyini vurğulayıb. Və əlavə edib ki, bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Cənab Prezident onu da qeyd edib ki, biz həm Vətən müharibəsi dövründə, həm ondan sonraki dövr ərzində antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cu illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı.
Ölkə başçısı Ermənilərə və onların havadarlarına, anti-Azərbaycan qüvvələrə, bəzi Qərb paytaxtlarında oturan islamafoblara, Azərbaycanofoblara da ciddi mesajlar göndərib. Bu qüvvələrin Ermənistanı yeni müharibəyə təhrik edirlərini vurğulayan Prezident İlham Əliyev bu Ermənistan dövləti üçün tam faciə ola biləcəyini sərt şəkildə bildirib. “Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.”-deyə ölkə başçısı əlavə edib.
“Güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən təxribatın qarşısını almağa qadirdir. Ona görə Ermənistan və ona havadarlıq edən qüvvələr baş verəcək yeni təxribatın nəticələrini öncədən düşünməlidirlər.”-deyən ölkə başçısı qeyd edib ki, Biz bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu, aparılan qarayaxma kampaniyası Azərbaycan iradəsinə təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Cənab Prezident gücümüzün əsas mənbəyinin xalq-iqtidar birliyi olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

