Zəfərin yaratdığı Ağdam Şəhəri Gününü ruh yüksəkliyi ilə qeyd edirik
19.11.2024 [15:46]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bu gün Qalib Liderimiz, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız gülə-gülüstana çevrildiyini görəndə ürəyimiz dağa dönür, qəlbimiz fəxrlə döyünür. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı başlarını dik tutur, vüqarla yaşayır. Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində soydaşlarımızın düşmənin göz tikdiyi torpaqlarda əbədi olaraq firəvan yaşamaları şəhidlərimizin ruhu şad edir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məğlub etdi. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası, uzaqgörən siyasəti sayəsində düşmənin mina tarlasına çevirdiyi torpaqlar, o cümlədən Ağdam azadlığına qovuşdu.
Qalib Lider İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhəri azad edildikdən cəmi 3 gün sonra, 2020-ci il noyabrın 23-də Ağdama yollanması, Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən bütün işğaldan azad edilən torpaqların bərpa ediləcəyini əzm və qətiyyətlə bildirməsi sevincimizə sevinc qatdı, ürəyimizi dağa döndərdi.
Prezident cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Ağdam da böyük quruculuq-bərpa işləri başladı. Artıq düşmənin “ruhlar şəhəri”, “Qafqazın Xirosiması”na çevirdiyi Ağdam gündən-günə dirçəlir, modern şəhərə çevrilir. 2021-ci il – Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcı qoyulandan gündən ağdamlıların öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilməyə başladı. Ölkə başçımız dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər.
Ağdama səfərləri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər, baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması bu torpaqların yenidən dirçəlməsinin təsdiqidir. Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, indi də eyni qüdrəti nümayiş etdirərək, həmin yurdlara yenidən həyatı qaytarır.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən xalqımız 20 noyabr – Ağdam Şəhəri Gününü ruh yüksəkliyi ilə qeyd edir. 30 illik işğal dövründə öz yurdlarına dönmək həsrəti ilə yaşayan soydaşlarımız möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Ağdamın gülüstana çevrildiyinin şahidi olurlar. Çəkilən yollar, salınan yaşayış massivləri, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, parklar dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımızın doğma oçaq həsrətinə məlhəm oldu.
Qəhrəman şəhidlərin müqəddəs qanı və Azərbaycan Silahlı Qüvvələrinin fədakarlığı hesabına qazanılan qələbədən sonra Qalib Liderin sərəncamları ilə qeyd etdiyimiz “Şəhər Günləri” eyni zamanda xalqımızın qürurunun, haqq-ədalət savaşından qalib kimi çıxmasının təsdiqidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30

