Makron Fransasının faktlarla ifşası
20.12.2024 [11:44]
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Prezident İlham Əliyevin “Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində diqqət çəkən məqamlardan biri Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə bağlı fikirlərdir. Ölkə başçısı müsahibəsində bildirdi ki, Makron hakimiyyətə gələnə qədər Azərbaycanla Fransa arasında heç bir problem olmayıb. Hətta ölkəmiz Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdi. Azərbaycanda çoxlu fransız şirkəti işləyirdi. Fransanın 13 şəhəri ilə ölkəmizdə qardaşlaşmış şəhərlər var. Lakin Makron hökumətinin əsassız olaraq özünü böyük sayması və əndazəsiz iddialar bütün bunları uçuruma yuvarlatdı. Belə ki, İkinci Qarabağ müharibəsi başlayanda Makron Fransası işğalçıların tərəfini tutdu. 2020-ci ildə Fransanın Baş naziri fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Bütün bu müdaxilə cəhdləri münasibətləri böhran həddinə çatdıraraq pisləşdirdi.
“Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi Makron Fransasını narahat edir və bu səbəbdən ölkəmizə qarşı kinləri var. Prezident İlham Əliyev Fransanın kolonial keçmişinin olduğunu xatırlatdı. Fransız kolonializminin iyrənc siması var və uzun illər ərzində dünya ictimaiyyətindən çox məqamlar gizlədilib. Makron diktaturası Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirib, 100-dən çoxunu yaralayıb və 1000-dən artığını həbs edib. Bundan əlavə, Avropanın mərkəzində - Korsikada Korsika dili qadağan edilir, bu dilin ictimai yerlərdə istifadəsinə icazə verilmir.
Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Fransa Afrikada, Sahel regionunda, Livanda, Azərbaycanda, Gürcüstanda tam iflasa uğrayıb. Bu ölkənin daxili siyasətində də hərc-mərclik tüğyan edir. Yaxşı olar ki, Fransa elə özündən, özünətənqiddən başlasın.
“Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, “Moody’s” Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq “Triple-A”ya çatıb, çox kiçik, güclə görünən “A”ya. Bu iflasın müəllifi məhz cənab Makrondur. Makron Azərbaycana zərər vermək əvəzinə öz ölkəsi haqqında düşünsə daha yaxşı olar.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

