Siyasi-strateji yanaşma: Sabitlik və sülh yolu
24.12.2024 [10:08]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 17 dekabrda “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini və prioritetlərini nümayiş etdirir. Bu müsahibədə dövlət başçısı Azərbaycan-Rusiya münasibətləri, Cənubi Qafqazdakı vəziyyət və beynəlxalq siyasət kontekstində ölkəsinin mövqeyini aydın şəkildə ifadə edib.
Azərbaycan-Rusiya münasibətləri müsahibənin əsas mövzularından biri idi. Cənab İlham Əliyev iki dövlət arasındakı əlaqələrin tarixi əsaslarını vurğulayaraq 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin strateji əhəmiyyətini qeyd edib. Bu sənəd həm də regional təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır.
Enerji, nəqliyyat və ticarət kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq bu əlaqələrin dərinləşməsinə xidmət edir. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və balanslı mövqeyi dövlətimizin Rusiya ilə əməkdaşlıq modelini daha da gücləndirir.
Müsahibədə Ermənistanla davam edən sülh prosesi də geniş şəkildə müzakirə olunub. Azərbaycanın regionda uzunmüddətli sabitlik və inkişaf məqsədilə təşəbbüslər göstərdiyi və sülh danışıqlarına önəm verdiyi bildirilib. Azərbaycanın Qarabağ məsələsini həll etməsindən sonra regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar sülhün və əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır. Bununla belə, Ermənistanın konstruktiv mövqe tutmasının və beynəlxalq hüquq prinsiplərinə əsaslanmasının zəruriliyi xüsusilə vacibdir.
Müsahibənin diqqətçəkən məqamlarından biri Fransanın Azərbaycana qarşı mövqeyi ilə bağlı olub. Azərbaycan Prezidenti Fransanın keçmiş kolonial siyasətinə toxunaraq bu yanaşmanı neokolonializm nümunəsi kimi qiymətləndirib. Beynəlxalq münasibətlərdə ədalət prinsipləri, dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüququn tələblərinə uyğun hərəkət etmək mütləqdir.
Müsahibədə Azərbaycanın beynəlxalq səhnədəki mövqeyi və prioritetləri də geniş şəkildə əks olunub. Dövlətimizin enerji təhlükəsizliyi, nəqliyyat layihələri və regionlararası əməkdaşlıq sahələrində lider mövqeyini vurğulanıb. Azərbaycanın həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr təkcə ölkənin iqtisadi inkişafına deyil, eyni zamanda, Avrasiyada sabitlik və tərəqqiyə dəstək verir.
Azərbaycanın müstəqil siyasət yürütməsi və heç bir təzyiqə boyun əyməməsi dövlətimizin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlətimiz milli maraqlarını qorumaqda qətiyyətlidir və beynəlxalq təşkilatların bəzən qərəzli yanaşmalarına baxmayaraq, öz siyasətini müstəqil şəkildə davam etdirir.
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Agentliyinə müsahibəsi Azərbaycanın xarici siyasətində əsas prioritetlərin və yanaşmaların dəqiq ifadəsi oldu. Bu müsahibə Azərbaycanın həm regional sabitlik, həm də beynəlxalq münasibətlərdə ədalətli yanaşma tərəfdarı olduğunu bir daha sübut etdi.
Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyacağı və regionun gələcəyi üçün uzunmüddətli sülhün təminatçısı olaraq çıxış edəcəyi bildirilib. Azərbaycanın müstəqilliyə və dayanıqlı inkişaf modelinə əsaslanan siyasəti ölkənin həm regional, həm də qlobal səviyyədə güclü mövqeyini daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

