/ / Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi
Qazaxda “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi
24.12.2024 [12:40]
Dekabrın 23-də Qazax Ədəbiyyat Muzeyində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi.
Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş konfransda Milli Məclisin üzvləri Səməd Seyidov və Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin rəhbərliyi, müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, könüllülər, KİV-nin nümayəndələri iştirak edirdilər.
Kofransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması, suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kofransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin üzvləri Səməd Seyidov, Ülviyyə Ağayeva, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, BDU Qazax filialının Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müəllimi Yalçın Həsənov çıxış etdilər.
Natiqlər Ulu Öndər Heydər Əliyevdən miras qalan gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının bü gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən əzmlə, uğurla davam etdirilməsindən, Azərbaycan gəncliyinin yüksək səviyyəli dövlət qayğısı ilə əhatə olunmasından ətraflı danışdılar.
Çıxış edənlər müasir, müstəqil, suveren Azərbaycanın uğurlarının, tarixi Zəfərin yaratdığı mövcud reallıqlar fonunda ölkəmizin dünyada nüfuzunun artmasının, güclü və qüdrətli bir ölkəyə çevrilməsinin, müstəqil siyasət yürütməsinin və dünya siyasi arenasının fəal üzvü olmasının bəzi dövlətlər və düşmən mövqeli qüvvələr tərəfindən qəbul edilmədiyini bildirdilər. Buna görə də ölkəmizə qarşı qarayaxma, böhtan, ideoloji təxribat kampaniyalarının aparıldığını, qərəzli ittihamlar irəli sürüldüyünü qeyd etdilər. Natiqlər bütün bunların ölkəmizdəki mövcud sabitliyin pozulmasına, vətəndaşlarımız arasında gərginliyin yaradılmasına xidmət etdiyini vurğulayaraq, bu şər qüvvələrin heç vaxt öz istəklərinə nail olmayacaqlarını, onların çirkin niyyətlərinin hər zaman ürəklərində qalacağını söylədilər. Çıxış edənlər istər daxili, istərsə də xarici düşmənlərə qarşı milli birlik, həmrəylik nümayiş etdirən Azərbaycan gənclərinin belələrinə hər zaman tutarlı cavab verdiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə yüksək fəallıq göstərdiklərini xüsusi qeyd etdilər və bu yönümdə gənclərə uğurlar arzuladılar.
Konfrans gənclərlə diskusiya şəraitində başa çatdı.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

