/ / YAP Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı layihələrini davam etdirir
YAP Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı layihələrini davam etdirir
23.04.2013 [16:11]
Bölgə gəncləri YAP İcra katibinin müavini Siyavuş Novruzovla görüşüblər
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməkdə davam edir. Təşkilatın layihələrindən biri də Azərbaycanın müxtəlif bölgələrindən YAP üzvü olan gənclərin Bakıya səfər edərək Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olması, bu istiqamətdə bir sıra ziyarətlərin həyata keçirilməsi və görüşlərin təşkil edilməsidir. Ötən şənbə günü bu layihə çərçivəsində növbəti tədbirlər baş tutub. Belə ki, layihəyə uyğun olaraq aprelin 20-də Mil-Muğan, Şirvan və cənub bölgələrini təmsil edən 40 nəfərdən çox YAP-çı gənc Bakıda səfərdə olublar. Gənclər ilk olaraq, Fəxri Xiyabana gələrək Ümummilli liderimiz, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər Xiyabanına gələn gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn YAP Gənclər Birliyinin üzvlərinə Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun Ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib. YAP Gənclər Birliyinin üzvləri Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər. Həmçinin, gənclər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.
Bunun ardınca isə gənc YAP-çılar Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Mərkəzin fəaliyyəti haqqında onlara ətraflı məlumat verilib.
Daha sonra isə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində bölgə gəncləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla görüşüblər. Görüşdə çıxış edən Siyavuş Novruzov gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumat verib. S.Novruzov bildirib ki, Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf və rifah yoludur. Onun sözlərinə görə, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tərəqqi yolunda irəliləməsini şərtləndirib. “Məhz buna görə də Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ olunması olduqca vacib məsələdir. Bugünkü gənclər Ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin siyasətini, Yeni Azərbaycan Partiyasının tutduğu doğru yolu dəstəkləyirlər. Müstəqil dövlətimizin banisi Ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər bu dövləti böyük çətinliklərlə qurub-yaradıb. Bu gün isə Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Azərbaycan istər iqtisadi-siyasi, istərsə də sosial problemlərin həlli baxımından dünyanın bir çox ölkələrindən qat-qat yüksəkdə dayanır. Amma bu inkişafımızı gözü götürməyən qüvvələr də çoxdur. Məhz buna görə də, gənclər siyasi baxımdan hazırlıqlı olmalıdır. Çünki ölkəmizə qarşı müxtəlif təzyiqlər və təxribatlar etməyə cəhdlər göstərilir. Bütün bunların qarşısını almaq üçün Ulu öndər Heydər Əliyev irsini öyrənə-öyrənə gələcək inkişaf strategiyamızı müəyyənləşdirməliyik” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Ümummilli liderimizin gənclərə daim diqqət və qayğı göstərdiyini deyən S.Novruzov xatırladıb ki, Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra parlamentdə ilk olaraq məhz gənclərlə görüşərək onlara öz tövsiyələrini verib. O, həmin görüşdə iştirak etdiyini deyib. S.Novruzovun sözlərinə görə, bu gün gənclərə qayğı və diqqət Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ulu öndər Heydər Əliyev hələ Sovet dövründə gənclərimizi keçmiş SSRİ-nin ali təhsil müəssisələrinə, hərbi məktəblərə təhsil almağa göndərirdi. Gənclər o ali məktəblərə göndərilirdi ki, Azərbaycanda həmin ixtisaslar üzrə kadrlara ciddi ehtiyac var idi. Bu gün Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir. Müvafiq Dövlət Proqramı çərçivəsində minlərlə gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir. Eyni zamanda, Azərbaycan hökuməti gənclərin ev-məişət problemlərinin həlli, onlara güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi istiqamətində işlər aparır. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılıb”.
S.Novruzov əlavə edib ki, Yeni Azərbaycan Partiyası da gəncliyimizin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, partiyanın həyata keçirdiyi layihələrdə gənclər xüsusi yer tutur. YAP-ın yarandığı dövrdən çətin və şərəfli yol keçdiyini deyən millət vəkili bildirib ki, partiyamız cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənir və ümumxalq partiyasıdır. Məhz bu gün gənclərin də Yeni Azərbaycan Partiyasına üz tutmasının səbəbi partiyamızın cəmiyyətdə ən avanqard institut kimi çıxış etməsidir. Azərbaycan gənclərinin ölkədə gedən bütün ictimai-siyasi proseslərdə yaxından iştirak etdiyini deyən S.Novruzovun sözlərinə görə, qarşıdan gələn prezident seçkiləri siyasi fəallığı daha da artırmaqdadır. YAP İcra katibinin müavini vurğulayıb ki, partiyamızın üzvlərinin bu seçkilərlə bağlı üzərinə ciddi məsuliyyət düşür və gənclərimiz də bu seçki kampaniyasında fəal iştirak etməlidirlər.
Daha sonra görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Gənclər müəyyən məsələlərlə bağlı öz təkliflərini diqqətə çatdırıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

