Prezident İlham Əliyevin namizədliyi xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir
02.05.2013 [11:30]
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Xəzər rayon təşkilatının fəalları ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Xəzər rayon təşkilatının fəalları ilə görüşüb. Partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini deyən Əli Əhmədov bildirib ki, əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.
Əli Əhmədov vurğulayıb ki, YAP yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak edib və qələbələr qazanıb. Onun sözlərinə görə, 20 ilə yaxındır ki, YAP ölkəmizdə keçirilən bütün seçki kampaniyalarının qalibi kimi öz tarixini yaza bilib: “İnanırıq ki, 2013-cü ilin seçki kampaniyası YAP-ın 20 ildir davam edən uğurlu siyasətinin və seçki strategiyasının yeni bir qələbəli səhifəsi kimi tarixə düşəcək. Bunu da reallaşdırmaq üçün görülən bütün işlər çox ciddi əsaslar yaradır. Məlum olduğu kimi, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin iqtisadiyyatı böyük inkişaf yolu keçib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti kimi tanınır. Son 10 ilə yaxın müddət ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb. Müasir dünyanın tarixində 10 il ərzində iqtisadiyyatını 3 dəfə artıran ölkələrin sayı o qədər çox deyil. Təbii ki, iqtisadiyyatın yüksəlişi həyatımızın digər sahələrinin də inkişaf etməsi üçün çox ciddi, etibarlı zəmindir”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı, həmçinin, insanların rifahının yaxşılaşmasının göstəricisidir. “İqtisadiyyatımız üç dəfə artmasaydı, dövlət büdcəsi bu dərəcədə inkişaf etməsəydi, insanların rifahının yaxşılaşdırılması üçün hökumətin apardığı bu siyasəti reallaşdırmaq mümkün olmazdı. Beləliklə, iqtisadiyyatın güclənməsi bir tərəfdən dövlət olaraq qüdrətimizi artırırsa, digər tərəfdən insanların rifahı yaxşılaşıb” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, hər bir insan bu inkişafı öz həyatında hiss edir və yüksək qiymətləndirir. Onun fikrincə, insanlar öz rifahlarının yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bilavasitə əlaqələndirirlər. O, inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyalarının dayandığını vurğulayıb. “Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə müasirləşir, yeniləşir və inkişaf edir, Bakı şəhəri ilə yanaşı, digər bölgələrimiz də tamamilə simasını dəyişir, insanların yaşaması üçün daha layiqli şərait yaradılır. Bu inkişaf Xəzər rayonunda da özünü göstərir. Digər amil isə sabitlik, dinclik, əmin-amanlıqdır. Əgər bu amillər olmasaydı, insanların rifahının yüksəlməsi sahəsində atılan addımlar və nəticələr böyük dəyər kəsb etməzdi. Əgər ailə rahat yaşaya bilmirsə, insanların təhlükəsizliyi təmin olunmursa, sabitlik və əmin-amanlıq yoxdursa, dünyanın ayrı-ayrı ölkələrindəki nümunələr aydın şəkildə göstərir ki, rifah heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanda insanın həyatının keyfiyyətinin vacib bir göstəricisi ondan ibarətdir ki, hər bir vətəndaş, ailə dinclik, əmin-amanlıq, rahatlıq şəraitində yaşayır, insanların təhlükəsizliyi təmin olunur” - deyən, Əli Əhmədov əlavə edib ki, bütün bunların fonunda hər bir Azərbaycan vətəndaşı aydın şəkildə dərk edir ki, bu yüksək nemətlərin bundan sonra da davam etməsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi inkişaf, tərəqqi və yüksəliş prosesinin qarşıdakı illərdə də davam etməsinə zəmanət verir. Onun sözlərinə görə, rasional düşünən hər bir insan ən yaxşı variantı seçməyə meyilli olur, Azərbaycanın nümunəsində isə ən yaxşı variant Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsi, Onun seçkilər zamanı birmənalı şəkildə dəstəklənməsi və qarşıdakı beş il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə və hər bir ailənin həyatının daha da yaxşılaşmasına töhfə verməkdən ibarətdir: “Rasional düşünən insanın seçimi belə ola bilər. Təbii ki, insanlarımızın əksəriyyəti də rasional düşündüklərinə görə belə bir seçim ediblər və Prezident İlham Əliyevin namizədliyi birmənalı şəkildə dəstəklənir”.
Əli Əhmədov qeyd edib ki, YAP olaraq bu reallıq bizi sevindirir, çünki partiyamızın Sədrinin həyata keçirdiyi siyasət əhali tərəfindən yüksək qiymətləndirilir, həm daxili, həm də xarici siyasətin uğurları dəstəklənir. Onun fikrincə, belə bir rəyin formalaşması, bu günə qədər həyata keçirilən siyasətin insanları qane etməsi gələcək qələbələrimizi şərtləndirir.
YAP Sədrinin müavini deyib ki, seçki ilə əlaqədar partiyanın yerli strukturları səfərbər olunmalı və ilk partiya təşkilatlarının qeydiyyatında olan üzvlərin fəallığı daha da artırılmalıdır. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı Xəzər rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

