/ / “Bütöv, suveren və müasir Azərbaycanın Zəfər gəncliyinin yeni dövr üçün əsas vəzifələri” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib
“Bütöv, suveren və müasir Azərbaycanın Zəfər gəncliyinin yeni dövr üçün əsas vəzifələri” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib
03.02.2025 [17:17]
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Bütöv, suveren və müasir Azərbaycanın Zəfər gəncliyinin yeni dövr üçün əsas vəzifələri” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan gənclərinə həsr olunmuş video-film nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləmiş, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab etmiş, gənclərin təşkilatlanması və ictimai-siyasi fəallığının artırılması istiqamətində tarixi qərarlar qəbul etmişdir.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, istedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsi sahəsində böyük işlər həyata keçirilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanda milli məfkurəyə sadiq vətənpərvər və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Azərbaycan gənci qəlbindəki güclü Vətən sevgisi sayəsində 44 günlük Vətən müharibəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və Zəfər salnaməsi yazmışdır.
Çıxış edənlər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərini səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və tariximizin yeni dövründə ölkəmizin gələcək inkişafına naminə işlərində uğurlar arzulayıblar.
Tədbirdə həmçinin rayon gəncləri adından polis leytenantı Tərlan Əhmədov, Yeni Klinikanın həkim nefroloqu Nərmin Ömərli, UNEC nəzdində Qida Sənayesi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Ülvi Əzizov, “Teknofest” yarışının qalibi Jalə Muradlı və 61 saylı tam orta məktəbin fiziki-tərbiyə müəllimi, Vətən müharibəsi iştirakçısı Elnur Xəlilov çıxış edərək ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

