YAP Yasamal rayon təşkilatının IX konfransı keçirilib
30.05.2013 [03:59]
Əli Əhmədov: Güman edirəm ki, YAP-ın 600 min nəfərlik üzvünün hər biri qarşıdan gələn prezident seçkiləri kampaniyasında da yaxından iştirak edəcək, Prezidentimiz İlham Əliyevin Öz seçki kampaniyasını yüksək fəallıq şəraitində keçirməsinə böyük töhfələrini verəcəklər
Mayın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, BDU-nın rektoru, millət vəkili Abel Məhərrəmov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak ediblər.
290 nümayəndənin iştirak etdiyi konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, professor Fikrət İsmayılov qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatı son illər fəaliyyətini daha da genişləndirib, üzvlərinin sayı artıb. Belə ki, hazırda 148 ərazi ilk partiya təşkilatında birləşən üzvlərin sayı 26040 nəfərdir. Onlardan da 11500-ü qadınlar, 12200 nəfəri isə gənclərdir.
Rayon təşkilatının sədri, həmçinin, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiyanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatında oynadığı roldan danışıb. Fikrət İsmayılov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi, Yasamal rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Fikrət İsmayılov növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışaraq qeyd edib ki, “Yasamal sakinləri prezident seçkisində partiyanın sədri cənab İlham Əliyevi dəstəkləyəcək və Onun ətrafında sıx birləşərək xalqımızın mənafeyi naminə əlindən gələni əsirgəməyəcəklər”.
Konfransda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, partiya 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır: “Məlum olduğu kimi, oktyabrda keçiriləcək prezident seçkiləri kampaniyasına hazırlıq proqramı çərçivəsində YAP-ın növbəti qurultayı keçiriləcək və qurultay nümayəndələri tərəfindən Prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunacaq. Hesab edirəm ki, YAP Azərbaycan cəmiyyətinin bir parçası, qabaqcıl bir hissəsi olaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində həyata keçirilən işlərin böyük və yüksək nəticəsini layiqincə qiymətləndirir. Və bu qiymətləndirmə əsasında isə növbəti prezident seçkilərində də hörmətli İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinə gəlinibdir. Bu gün 2013-cü ilin seçki kampaniyası ərəfəsində Azərbaycan cəmiyyətinin bütövlükdə siyasi ab-havası və ovqatı İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaəti əsasında formalaşıb. Azərbaycan cəmiyyəti, Azərbaycan seçiciləri İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinə, birincisi, son 10 il ərzində Prezidentimizin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin nəticələrini qiymətləndirmək əsasında gəliblər. Bu nəticələr kifayət qədər əzəmətlidir. Azərbaycan 10 il ərzində böyük bir inkişaf mərhələsi və inkişaf yolu keçibdir. Bu inkişaf yolunun görünən nailiyyətləri hər birimizdə böyük, dərin məmnunluq hissi yaradır. Azərbaycan sözün həqiqi mənasında böyük bir inkişaf mərhələsi keçib, yeniləşib, müasirləşib, güclənibdir. Bütün dünyada Azərbaycan dövlətinin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlibdir. Təbii ki, bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. Dövlətimizin qüdrətinin artması ilə yanaşı, insanlarımızın rifahında, yaşayışında da əhəmiyyətli irəliləyişlər baş verib. Eyni zamanda, İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinin formalaşması, həm də insanlarımızın, vətəndaşların, seçicilərin gələcəyə baxışları ilə və bu baxışların yenə də İlham Əliyevin prezidentliyi ilə əlaqəli olmasından irəli gəlir. Azərbaycan vətəndaşları İlham Əliyevin növbəti beş il ərzində də prezidentlik missiyasını yerinə yetirməsini Onun rəhbərliyi altında 10 il ərzində ölkəmizin əldə etdiyi inkişafın növbəti 5 ildə də davam etməsi şansı kimi qiymətləndirirlər. Təbii ki, rasional şəkildə düşünən, həm milli, həm də şəxsi maraqlardan çıxış edən hər bir vətəndaş növbəti prezident seçkilərində də İlham Əliyevin namizədliyini alternativsiz şəkildə qəbul edir. Bizim qurultayımızın həll edəcəyi başlıca məsələ də elə məhz bundan ibarətdir”.
YAP Sədrinin müavini deyib ki, Azərbaycanın bütün rayonlarında YAP-ın yerli strukturlarında konfranslar başa çatmaqdadır: “Mayın 31-də bütün yerlərdə konfranslar sona çatır. YAP-ın qurultayına namizədlər seçiləcək və bu məsələnin kifayət qədər ciddi, kifayət qədər məsuliyyətli olduğunu da sizin nəzərinizə çatdırmaq istəyirəm. YAP-ın 600 min üzvü var. Ancaq təbii ki, qurultaya bu üzvlərin say etirabı ilə az bir hissəsi nümayəndə seçiləcək. YAP-ın növbəti qurultayına təxminən 700 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulur. Güman edirəm ki, YAP-ın həm qurultayda iştirak edən, həm də ümumilikdə 600 min nəfərlik üzvünün hər biri qarşıdan gələn prezident seçkiləri kampaniyasında da yaxından iştirak edəcək, Prezidentimiz İlham Əliyevin Öz seçki kampaniyasını yüksək fəallıq şəraitində keçirməsinə böyük töhfələrini verəcəklər. Eyni zamanda, YAP-ın bundan əvvəlki seçki kampaniyalarındakı yüksək fəallığını təkrar edəcək, partiyanın növbəti seçki qələbəsinin təmin olunmasına özlərinin böyük, əhəmiyyətli və şərəfli töhfələrini verə biləcəklər”.
Sonra YAP-ın V qurultayına nümayəndələr seçilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26

