Göygöldə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib
13.02.2025 [17:34]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev “Suveren ölkəmizin insan hüquqları və demokratiyaya əsaslanln Konstitusiyası” adlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin ötən ilin 28 dekabrında imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyevin ilk günlərini yaşadığımız 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30-cu ilini qeyd edəcəyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə verilən dəyərin təcəssümüdür və müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir.
Vüqar İsayev “Konstitusiya və Suverenlik İli”nin dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıdığını vurğulayaraq, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmizin ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldığı zaman daxildə cərəyan edən mürəkkəb proseslər, vətəndaş qarşıdurması, anarxiya, ölkənin müstəqilliyi üçün yaranan təhdidlər onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu öndər Heydər Əliyev kimi güclü, prinsipial və iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli lider Heydər Əliyev xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər bunu qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.
Daha sonra tədbirdə çıxış edənlər, Göygöl Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov və partiya fəalı Umxanım İmanzadə bildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov YAP Göygöl rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

