Xocalıların qanı yerdə qalmadı!
25.02.2025 [16:54]
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
33 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamda 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Bu faciəyə siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidməti olmuşdur.1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirirlir.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda bir çox ölkələrdə Xocalı soyqırımı tanınmışdır.
Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlanmışdır. 44 gün davam edən döyüşlər Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və 30 il işğalda olan torpaqlarımız geri qaytarıldı. 2023 –cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı zamanı isə Xankəndi, Xocalı və ətraf əraziləri orada kök salmış erməni terrorculardan azad edildi. Bu Qələbə Xocalıda və digər ərazilərimizdə qətlə yetirilən minlərlə soydaşımızın qisası idi.
Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, Qarabağ münaqişəsi arxada qalmışdır. Mənfur düşmən artıq bilməlidir ki,indiki Azərbaycan Xocalı faciəsi dövründəki Azərbaycan deyildir. Mənfur düşməndən öz torpaqlarını azad edən və həmin ərazilərdə bərpa və yenidənqurma işləri aparan güclü bir dövlət vardır. O da ərazi bütövlüyünə qovuşmuş Müstəqil Azərbaycandır.
İndi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilir. Lakin hələ də, mənfur düşmən 10 noyabr 2020-ci ildə imzalanmış 3 tərəfli müqavilənin şərtlərinə əməl etmir, Zəngəzur dəhlizinin açılmasına əngəllər törədir, sərhədlərin delimitasiya və demorkasiyasına, sülh müqaviləsinin bağlanmasına hər vəchlə mane olmağa çalışır.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23

