Bakı Forumu - qlobal problemlərin həlli üçün mühüm platforma
17.03.2025 [14:58]
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri
XII Qlobal Bakı Forumu ildən-ilə beynəlxalq əməkdaşlığı gücləndirərək, qarşılaşdığımız çağırışlara birlikdə həll yolları tapmağa imkanlar yaradır. Artıq 12 ildir ölkəmizin ev sahibliyi etdiyi Qlobal Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında da vacib rola malikdir. Forum həm də istər ev sahibi, istərsə də qlobal proseslərin fəal iştirakçısı kimi Azərbaycanın təqdimatıdır.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı - COP29-un uğurları Qlobal Bakı Forumunda da təqdir olundu. Artıq Bakı Forumu bütün kontekstlərdə beynəlxalq marağa və əməkdaşlıq imkanlarına sahib dialoq vasitəsinə çevrilib.13-15 mart tarixlərində keçirilən Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin beynəlxalq arenada artan rolunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir daha qeyd edib və ədalətli dünya düzəni ilə əlaqədar ölkəmizin mövqeyini ortaya qoyub.
Prezident İlham Əliyev çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu platformanın təşkili və inkişafında oynadığı rolu qeyd edərək, onun dünya miqyaslı fəaliyyətini xüsusi vurğulayıb. Mərkəzin üzvlərinin COP29 kimi qlobal tədbirdə fəal iştirakı, 16 panel müzakirəsinə ev sahibliyi etməsi və müstəqil pavilyonla çıxış etməsi bu təşkilatın fəaliyyət miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirib. Bu, həm də Azərbaycanın elmi-siyasi dialoq mədəniyyətinə verdiyi töhfənin göstəricisidir.
Dövlətimizin başçısı çıxışında enerji siyasəti ilə bağlı strateji istiqamətləri daimi prioritet kimi diqqətə çatdırıb. Ənənəvi enerji resurslarına malik olan Azərbaycanın paralel şəkildə yaşıl enerjiyə keçid üzrə apardığı işlər nümunəvi siyasət kimi təqdim olunub. Qeyd edilib ki, 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri alınacaq. Bu yanaşma yalnız daxili ehtiyaclara deyil, regional və qlobal enerji təhlükəsizliyinə də töhfə verir. Azərbaycan artıq təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısı kimi yeni status qazanmaqdadır.
Forum zamanı ölkəmizin enerji siyasəti barədə də aydın faktlar sadalanıb. Qeyd edilib ki, Azərbaycanın hazırda 12 ölkəyə, əsasən Avropa dövlətlərinə təbii qaz ixrac etməsi ölkənin enerji diplomatiyasını real nəticəyə çevirib. Avropa Komissiyasının Azərbaycanı “etibarlı tərəfdaş” kimi tanıması bu siyasətin uğurunu sübut edir. Yeni enerji kabeli layihəsinin reallaşması isə Azərbaycanı Pan-Avropa enerji təhlükəsizliyində daha strateji oyunçuya çevirəcək. Bu, sadəcə enerji tədarükü deyil, həm də çoxtərəfli siyasi əməkdaşlığın mühüm dayağıdır.
Təxminən 200 ölkənin yekdil qərarı ilə COP29 tədbirinin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin dövlətimizə göstərdiyi hörmət və etimadın ifadəsi kimi dəyərləndirilir. Bu qərar, həmçinin Azərbaycanın iqlim gündəliyinə inteqrasiya səviyyəsinin və qlobal ekoloji məsələlərdə tərəfdaşlıq potensialının göstəricisidir. Forumda ətraf mühitə məsuliyyətli münasibət və yaşıl iqtisadiyyatın təşviqi faktorları dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil edən hədəflərin tərkib hissəsi kimi təqdim olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü ilə ərazilərini azad edərək beynəlxalq hüququn prinsiplərini bərpa edib. Cənab İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsidir. Dövlət başçısı diqqətə çatdırıb ki, bəzi qüvvələr Azərbaycanın bu siyasətini dəyişdirməyə çalışsalar da, həmin cəhdlər uğursuz olub. SİTAT: “Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi”.
Eyni zamanda, ATƏT-in Minsk Qrupunun funksional anlamda artıq mövcudluğunu itirdiyi vurğulanaraq, onun buraxılması ilə bağlı beynəlxalq dəstəyə çağırış edilib. Bu, diplomatik sahədə konstruktiv və realist yanaşmanın təzahürüdür. Cənab İlham Əliyev qeyd edib ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir, beləliklə, onların hər hansı bir sözünə inanmırıq. Gələcəkdə hər hansı razılaşmalar yalnız yazılı hüquqi sənədlərlə müşayiət olunmalı, şifahi bəyanatlarla kifayətlənilməməlidir. Bu, diplomatik etimadın qurulması üçün minimal şərt kimi təqdim olunur.
Bundan başqa Forum zamanı diqqəti çəkən daha bir məqamı da vurğulamalıyıq. Belə ki, Forum zamanı vurğulanıb ki, Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun əldə edilməsi və karbon bazarının praktik mexanizmə çevrilməsi “Bakı sıçrayışı” anlayışının formalaşmasına zəmin yaratdı. Bu hadisə iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və mexanizmlərin effektivliyinin artırılmasında mühüm addım kimi qiymətləndirilə bilər. Bərpaolunan enerji sektoruna yönələn investisiya həcminin 300 milyard dollara çatdırılması isə sadəcə iqtisadi məsələ deyil, həm də dövlətin “yaşıl enerji” keçidinə verdiyi önəm və töhfənin göstəricisidir.
Beləliklə, bu gün hamıya aydın olan daha bir tarixi reallığı qiymətləndirməliyik. Artıq XII Qlobal Bakı Forumu yalnız cari reallıqların müzakirəsi üçün tribuna deyil, gələcək geosiyasi düzənin əsas istiqamətlərini müəyyən edən fikir və təşəbbüslərin mənbəyi kimi mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

