“Yay məktəbi”nin Masallı turu işini uğurla başa çatdırdı
13.07.2013 [13:53]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin Masallıda keçirilən II turu dünən başa çatıb. Tur günün birinci yarısında qrup rəhbəri millət vəkili Sədaqət Vəliyevanın başçılığı ilə “Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi” mövzusunda təqdimatın keçirilməsi ilə davam etdirilib.
Millət vəkili çıxış edərək bildirib ki, dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb: “Azərbaycanlı olması ilə fəxr etdiyini ən yüksək tribunalardan bəyan edən Ulu öndər Heydər Əliyev bildirirdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb olunur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha çox diqqət göstərdiyi sahələrdən birinin məhz Azərbaycan diaspor quruculuğunun olması da səbəbsiz deyildi. Diasporu bir dövlətin xaricdə varlığı kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində ciddi səylər göstərirdi. Onun xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq, tövsiyələrini çatdırmaq istəyi də bu məqsəd və məramdan irəli gəlirdi. Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev həmişə soydaşlarımızın yaşadığı ölkələrdə onlar arasında birliyin, həmrəyliyin yaradılması istiqamətində səylərin göstərilməsinin vacibliyini önə çəkirdi. Həmin dövrdə yaranan, bu gün sayı artmaqda olan Azərbaycan mərkəzləri, cəmiyyətləri də məhz bu məqsədə xidmət edir. Buna nail olduqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsi nəzərə alınaraq, Ulu öndər Heydər Əliyevin 2001-ci ilin mayın 23-də imzaladığı Sərəncam əsasında həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu”.
Təqdimatda bu fikir xüsusi qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edib. Bu inkişaf strategiyası 1993-cü ildən başlayaraq Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırır.
Millət vəkilinin çıxışından sonra komandalara müəyyən vaxt çərçivəsində “Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi” mövzusunda təqdimat hazırlamaq tapşırılıb. Verilən vaxtdan sonra komandalar öz təqdimatları ilə çıxış ediblər və “Güc birlikdədir” komandası qalib elan edilib.
Günün ikinci yarısında YAP Nərimanov rayon təşkilatının fəal üzvü İlahə Sadıqovanın hazırladığı layihəyə start verilib. Layihə haqqında gənc fəallara məlumat verən İlahə Sadıqova bildirib ki, komandalar onlara verilən bir saat ərzində prezidentliyə namizədlərinin təbliğat-təşviqat kompaniyasını necə aparmalarını təqdim etməli və özlərinə seçki şüarı seçməlidirlər. Verilən bir saat ərzində komandalar öz təbliğat-təşviqat işini və seçki şüarını təqdim edib. Qiymətləndirmədən sonra “On illik fəaliyyət, növbəti qalibiyyət” şüarı ilə “Qələbə” komandası qalib elan olunub.
Daha sonra “Yay məktəbi”nin iştirakçıları füsünkar təbiətə malik olan Yardımlı şəlaləsinə səfər edib. Şəlalədən qayıdışdan sonra isə “Gənc liderlər” müxtəlif idman və intellektual oyunlarda iştirak edib.
Bununla da YAP GB-nın Masallı rayonunda təşkil etdiyi 50 nəfərlik “Yay məktəbi”nin II turu başa çatıb.
Yeri gəlmişkən, “Yay məktəbi” layihəsi ilə bağlı fikirlərini bölüşən YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, qrupun məsul şəxsi Kubra Əliyarlı gənclərimizə göstərilən diqqət və qayğıdan söhbət açıb. Qeyd edib ki, ötən 20 il ərzində ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilib. Hazırda da bu siyasət cənab Prezident tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi: “Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Biz partiya rəhbərliyinin dəstəyi ilə ardıcıl olaraq layihələr həyata keçiririk. Layihələr müxtəlif istiqamətləri əhatə edir. Elə layihələrimiz var ki, ənənəvidir və hər il reallaşdırılır. Bu baxımdan, mən “Yay məktəbi” və “Qış məktəbi” layihələrini qeyd etmək istəyirəm. Bu layihələr gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Həmin layihələr çərçivəsində gənclərin asudə vaxtları, istirahətləri yaxşı təmin edilir, eyni zamanda onların ölkəmizin ictimai-siyasi xadimləri, millət vəkilləri, hökumət nümayəndələri ilə də görüşləri təşkil olunur”.
5 gün ərzində intellektual və layihə oyunlarında qalib olan “Qələbə” komandasının daha aktivliyi ilə seçilən kapitanı YAP Gəncə şəhər təşkilatının fəal üzvü Turxan İsmayılzadə bildirib ki, bu onun üçün bir çox şeylərlə yaddaqalan oldu: “Bir həftə ərzində həmfikirlərimlə komandalarla işləyərkən, yeni ideyalar və yeni tanışlar qazandım. Hörmətli Prezidentimiz cənab İlham Əliyevi qarşıdan gələn seçkilərdə necə təbliğ etməli və necə təşviqat işləri aparmalı olduğumuzu öyrəndik və mənimsədik”.
T.İsmayılzadə onu da qeyd edib ki, Prezident İlham Əliyevin son on il müddətində gördüyü işlər öz nəticələrini verərək Azərbaycanı sürətlə uğurlu və işıqlı gələcəyə aparır: “Biz “Qələbə” komandası olaraq verilmiş tapşırığı belə bir şüarla tamamladıq: “On illik fəaliyyət, növbəti qalibiyyət”. Yəni Prezidentimizin on ildə gördüyü işlər bizi Ona səs verməyə ruhlandırır. Ölkədə görülən böyük quruculuq işlərini və inkifaşı görməmək mümkün deyil. Biz məhz belə lider istəyirik”.
YAP Xaçmaz rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Anar Ağayev qeyd edib ki, belə tədbirlərin, turların keçirilməsi gənclər arasında ünsiyyətin yaranmasında, region gəncləri ilə tanışlıqda, fikir mübadiləsinin və intellektuallığın daha da inkişaf etdirilməsində böyük önəm daşıyır: “Biz burada partiyanın üzvü olan gənclərlə ünsiyyət qurduq, fikir mübadilələri apardıq, region gəncləri ilə tanış olduq, müxtəlif intellektual və idman yarışları keçirdik, regionun müxtəlif gəzməli-görməli yerləri ilə tanış olduq, verilən layihə tapşırıqlarını yerinə yetirdik. Bütün bu şəraiti yaratdığına görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Biz də bir gənc olaraq ölkədə gördüyü işlərə, Azərbaycanı dünya miqyaslı bir ölkəyə çevirdiyinə və sadalamaqla bitməyən xidmətlərinə görə prezident seçkilərində səsimizi İlham Əliyev cənablarına verəcəyik. Onun alternativi yoxdur”.
Xətai rayon təşkilatının fəallarından olan Yalçın Əliyev isə bildirib ki, belə bir layihənin təşkil olunması tək tələbə gənclər üçün deyil, eyni zamanda kariyerasını yenicə qurmaqda olan gənc işçilər üçün də əlverişli imkandır: “Bu tipli layihələrdə iştirakçılar arasında olan fikir mübadilələri onların dünya görüşlərinə böyük təsir edir. Bir çox gənc burada özünün üzdə olmayan bacarığını kəşf edir. Müxtəlif mövzularda keçirilən diskusiyaların aparılmasının nəticəsi olaraq onların vahid bir fikir - Azərbaycançılıq ideyası ətrafında toplanmasına stimul yaradır. Mən də çox şadam ki, bu ideyanı dəsdəkləyənlərdənəm. Məhz gənclərə göstərdiyi diqqət və qayğıya, Azərbaycanı qısa bir müddət ərzində dünya səviyyəsində inkişaf etmiş ölkələrdən birinə çatdırdığına və ölkədə sabitliyi daimi qoruduğuna görə qarşıdan gələn seçkilərdə Prezidentimiz İlham Əliyevə səs verəcəyəm”.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

