/ / Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutub
Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf edən ölkələri arasında özünə layiqli yer tutub
13.07.2013 [13:58]
Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov YAP Göyçay rayon təşkilatının fəalları ilə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşüb. Görüşdə Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov iştirak ediblər.
Toplantını giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədr müavini Sahib Şükürov bildirib ki, rayon təşkilatı 88 ilk özək təşkilatında 7401 nəfər üzv cəmləşdirib. Bunlardan 4228 nəfərini qadınlar, 2846 nəfərini isə gənclər təşkil edir.
Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilib. Göyçay rayonu üzrə 2 seçki dairəsi - 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş seçki dairələri fəaliyyət göstərir. 88 saylı seçki dairəsi üzrə 40214 nəfər, 89 saylı seçki dairəsi üzrə isə 21190 nəfər seçici var. 88 saylı dairədə 41, 89 saylı dairədə isə 17 seçki məntəqəsi fəaliyyət göstərir. YAP Göyçay rayon təşkilatında seçki qərargahı yaradılıb. Hər bir dairə və seçki məntəqəsi üzrə məşvərətçi hüquqlu üzvlərin, müşahidəçilərin və seçici imzası toplayan şəxslərin siyahısı hazırlanıb. Seçki qərargahının tərkibi dəqiqləşdirilərək 30-50 nəfərdən ibarət təbliğat qurupu yaradılıb.
S.Şükürov son 10 ildə Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Göyçay rayonunun iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etməsini xüsusi vurğulayıb. S.Şükürov insanların ölkə Prezidentinə dərin rəğbət bəslədiyini diqqətə çatdırıb: “YAP Göyçay rayon təşkilatı 2013-cü ilin 16 oktyabr tarixində keçiriləcək prezident seçkilərinə tam hazırdır və partiyamızın üzvüləri bir nəfər kimi səfərbər olunaraq liderimiz, partiyamızın Sədri İlham Əliyevin parlaq qələbəsini təmin etmək üçün bütün səylərini ortaya qoyacaqdır”.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxışında ilk olaraq partiyanın Göyçay rayon təşkilatının üzvlərini salamlayıb və bildirib ki, qarşıdan gələn prezident seçkiləri öncəsi sizlərlə görüşün məqsədi budur ki, partiya olaraq fəallığımızı daha geniş şəkildə göstərək: “YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər”.
Əli Əhmədov çıxışının sonunda YAP-ın rayon fəallarına tövsiyyələrini verərək qarşıda duran vəzifələrdən bəhs edib.
Millət vəkili Şəmsəddin Hacıyev öz növbəsində İlham Əliyevin alternativsiz olduğununun təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, dünyanın super dövlətləri, Avropa ölkələri tərəfindən birmənalı qəbul edildiyini diqqətə çatdırıb. Ş.Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 10 illik failiyyəti xalqımıza aydın görünür.
Gənclər adından Ləman Hacıyeva, ağsaqqallar adından Asif Nəbiyev çıxış edərək göyçaylıların prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyərək Ona səs verəcəklərini bildiriblər.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək rayonda son illər Prezident İlham Əliyevin qayğısı ilə görülən abadlıq, quruculuq işlərindən, rayonda açılan yeni sosial obyektlərin əhəmiyyətindən və insanların rifah halının yüksəlməsindən ətraflı danışıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

