Güclənən strateji tərəfdaşlıq əlaqələri
17.04.2025 [17:30]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində qonşu Gürcüstanla əlaqələrin gücləndirilməsi önəmli yer tutur. Bugünlərdə Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütünlüklə regional əməkdaşlığın genişlənməsi ilə yanaşı, qonşu dövlətin də dünya iqtisadiyyatına inteqrasiyasına dərin yol açır, qlobal bazarlara bağlayır. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu nəhəng enerji-nəqliyyat-kommunikasiya dəhlizləri Gürcüstan üçün böyük önəm kəsb edir.
Ölkəmiz öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı vurğulayıb: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.
Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, xalqlarımızı uzun əsrlərə söykənən tarixi bağlılıq da birləşdirir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının da inkişafını təmin etməkdədir. Eyni zamanda, Gürcüstanın enerji, nəqliyyat, infrastruktur, yanacaq, kommunikasiyalar və s. sahələrində inkişaf layihələri də Azərbaycanın maddi dəstəyi ilə həyata keçirilməkdədir. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələr sırasındadır.
Hər iki ölkə qlobal əhəmiyyətli nəqliyyat dəhlizləri üzərindən aparılan yük daşınmalarının intensivliyini daha da artırmaq üçün infrastrukturları müasirləşdirir, o cümlədən nəqliyyat qovşaqlarını rəqəmsallaşdırır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürücülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanın da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində rolunu artıracaq. Nəticədə də bölgədə nəqliyyat-logistika zənciri daha da genişlənməklə, Cənubi Qafqazın hər iki ölkəsini inkişaf etmiş mərkəzə çevirəcək, Şərq və Qərb arasında geosiyasi mövqeyini gücləndirəcək. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya “yaşıl enerji” körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.
Ümumiyyətlə, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla, Cənubi Qafqazın transformasiyasına xidmət edir, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirir.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

