Yeni mərhələyə qədəm qoyan əməkdaşlıq
18.04.2025 [20:55]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.
Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir.Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur.Ölkəmizin dostluq əlaqələrinin inkişaf etdiyi və bir çox layihələrdə ortaqlıq etdiyi ölkələrədən biri də qonşu Gürcüstandır.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Bu il 33 ilinə qədəm qoyan qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu münasibətlər inkişaf edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşdırıb.
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də qarşılıqlı həyata keçirilən rəsmi səfərlərdir. 16 Aprel 2025-ci il tarixində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfər etməsi mühüm önəm kəsb etməsi ilə yanaşı eyni zamanda, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezidentlərin görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib.
Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu uğurlu əməkdaşlıq illər ərzində bütün istiqamətlərdə genişləndirilib və bu gün nümunəvi xarakter daşıyır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər təsisatlarda daim bir-birini dəstəkləyir, həmrəy mövqe nümayiş etdirirlər.
Torpaqlarımız işğal altında olarkən, postmüharibə dövründə Gürcüstan hər zaman Azərbaycanla çiyin-çiyinə olub. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə siyasi-hərbi komponenti ilə deyil, iqtisadi, humanitar, mədəni əlaqələr baxımından çox önəmli xarakter daşıyır. Bildiyiniz kimi, yüzminlərlə soydaşımız Gürcüstanda yaşayır. Bu da tarixi köklərimizin möhkəm olması üçün əlavə stimuldur. Təbii ki, son zamanlar, xüsusən müstəqillik əldə etdikdən sonra Gürcüstan bizim Qərbə, Avropaya açılan qapımız, pəncərəmiz olub. Azərbaycanın bütün regional və qlobal layihələrinin Gürcüstan da tərkib hissəsidir. Həmçinin, Gürcüstan son zamanlar Avropa İttifaqı ilə münasibətlər kontekstində də çox önəmli rol oynayıb.
Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Ölkəmiz Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsinin, dayanıqlı sülhün bərqərar olmasının tərəfdarıdır. İllərdir Gürcüstan ilə Azərbaycan arasında möhkəm dostluğa əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq da ölkəmizin bu istiqamətdəki əzminin göstəricisidir. Bu gün ölkələrimizin arasındakı dostluq və əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin icrası ilə bu sahədəki fəaliyyət daha da genişləndiriləcək.
Azərbaycan və Gürcüstan arasındakı son illər yüksək səviyyədə davam edən əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək, aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45

