/ / Qaradağ rayonunda “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib
25.04.2025 [15:11]
23 aprel 2025-ci il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “91-lər”in nümayəndəsi, Professor Əjdər İsmayılovun doğum günü Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən qeyd edilib.
YAP Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in nümayəndəsi professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları: Vüqar Rəhimzadə, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, “İki sahil” TV-nin məsul redaktoru, “91-lər”in nümayəndəsi Tahir Məmmədov, “Olaylar” İnformasiya Agentliyinin direktoru, yazıçı Yunus Oğuz, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayonunun məktəb direktorları, təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, “91-lər”in vəfat etmiş nümayəndələrinin, torpaqlarımızın azad olunması və suverenliyimiz uğrunda şəhid olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Əjdər İsmayılovun doğum günü münasibətilə təşkil olunan “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda tədbiri açaraq bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, professor Əjdər İsmayılovu yaxından tanıyan, onunla 1986-1993-cü illərdə Naxçıvan şəhərində yaşayan və Naxçıvan Dövlət Universitetində birlikdə çalışan bir insan kimi tam qətiyyətlə deyə bilərəm ki, o, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə Ümummilli lider Heydər Əliyevin ətrafinda birləşən ilk insanlardan biri olub. O qeyd edib ki, “91-lər” Azərbaycanın müasir tarixində önəmli rol oynayıb və dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi və müstəqilliyimizi qorumaq uğrunda ilk mübarizə aparan insanlar idi. Qafar Əliyevin sözlərinə görə, 1990 -cı illərin böhranlı günlərində 91 nəfər tanınmış ziyalının, o cümlədən professor Əjdər İsmayılovun Ulu Öndər Heydər Əliyevə müraciəti xalqın içindən gələn bir qurtuluş və xilas olmaq üçün siyasi liderin yenidən hakimiyyətə qayıdışına çağırış idi. Həmin çağırış Azərbaycanın gələcəyini düşünən, ölkənin xaosdan, qeyri-sabitlikdən xilas olunmasını istəyən insanların timsalında xalqın ümumi iradəsinin təcəssümü idi. Sonralar müxtəlif sahələri təmsil edən insanların:ziyalıların, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin bu çağırışa qoşulması nəticəsində ümumxalq partiyası olan YAP-ın yaranması onu göstərdi ki, xalqımız çətin vəziyyətə düşəndə birləşməyi və xilas olmağı bacarır. “91-lər”in irsi hələ də yaşayır və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu cür tədbirlər eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Biz bu tarixi unutmamalı, bu insanlar haqqında gələcək nəsillərə dolğun məlumat verməliyik. Müstəqilliyimizin qorunması, inkişafı bu cür vətəndaş mövqeyi nümayiş etdirən insanların fəaliyyətinə bağlı olub və onların əziz xatirəsi daim uca tutulmalıdır. Qafar Əliyev bir daha vurğulayıb ki, bu cür tədbirlər milli-tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Milli Məclisin deputatı, məşhur “91-lər”in nümayəndəsi Vüqar Rəhimzadə bildirib ki, Əjdər İsmayılovun ad gününün qeyd olunduğu bu tədbir təkcə bir ziyalının yubileyi deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoymuş bir qurup ziyalıların qeyrətli addımına - “91-lər”in fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın daxilində siyasi və sosial sabitliyin pozulduğu, vətəndaş qarşıdurmasının baş verdiyi bir zamanda “91-lər”in bir nümayəndəsi kimi Əjdər İsmayılovun fəaliyyəti ölkənin tarixi taleyində mühüm rol oynayıb. Professor Əjdər İsmayılovun elmi, ictimai-siyasi fəaliyyəti gənc nəsil üçün cəsarətin, uzaqgörənliyin və milli məsuliyyətin nümunəsi idi. Çünki “91-lər”in digər nümayəndələri ilə bərabər, Əjdər İsmayılovun etdiyi müraciət və çağırışının nəticəsində sonradan ölkədə baş verən hadisələr Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nəticələndi və ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlət institutları möhkəmləndi və Azərbaycan müstəqil dövlət kimi öz yolunu müəyyənləşdirdi.
V.Rəhimzadə qeyd edib ki, Əjdər İsmayılovun timsalında bu gün “91-lər”in tarixi xidmətlərini yadda saxlamaq, gənc nəslə bu mirası ötürmək olduqca vacibdir. Belə tədbirlər yalnız keçmişi xatırlamaq üçün deyil, eyni zamanda gələcək nəsillərə Vətənə, dövlətə və milli kimliyə sadiqliyin nə demək olduğunu anlatmaq üçün bir vasitədir. Bu tədbirdə səslənən çıxışlar, təqdim olunan arxiv materialları, iştirak edən gənclərin və ziyalıların fəallığı sübut edir ki, Əjdər İsmayılovun timsalında “91-lər”in ruhu bu gün də yaşayır və yaşamaqda davam edəcək.
Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov bildirib ki, bu görüş təkcə bir anım tədbiri deyil, həm də tarixi yaddaşın qorunması, milli dirçəlişin təməlində duran bir hərəkatın yenidən xatırlanması baxımından əlamətdar hadisədir. Əjdər İsmayılov “91-lər”in fəal və cəsarətli üzvlərindən biri kimi Azərbaycanın taleyüklü dönəmində əsl ziyalı mövqeyi sərgiləyib və xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutub. Əjdər İsmayılov təkcə bir ziyalı deyildi - o, milli ideallara bağlı bir şəxsiyyət, gənc nəslin formalaşmasında əvəzsiz rolu olan müəllim, dərin biliyi və intellekti ilə cəmiyyətdə özünəxas mövqeyi olan nümunəvi obraz idi. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi mövqeyi də Azərbaycanın müasir tarixində silinməz iz qoyub. Əjdər İsmayılovun adını yaşatmaq, onun ideyalarının və dövlətə bağlı düşüncələrini gənc nəslə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Onun xatirəsinə həsr olunan bu tədbir, sadəcə bir anım mərasimi deyil, həm də milli yaddaşın qorunması və təbliğidir.
“Olaylar” İnformasiya Agentliyinin direktoru, yazıçı Yunus Oğuz bildirib ki, Əjdər İsmayılov - yalnız elm və ədəbiyyat aləmində deyil, həm də müasir Azərbaycan tarixinin dönüm nöqtəsində öz dəsti-xətti ilə iz qoymuş bir şəxsiyyətdir. Bu tədbir sadəcə bir doğum günü xatirəsi deyil, bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı salnaməsinə çevrilmiş bir nəslin - “91-lər”in ruhuna ehtiramdır. Əjdər İsmayılov həm də söz adamı idi - onun qələmi də, fikri də hər zaman haqqın tərəfində olmuşdu. O, təkcə siyasət meydanında deyil, düşüncə məkanında da xalqı oyatmaq, millətin ruhunu dirçəltmək üçün çalışan aydın idi. Yazıçı kimi deyə bilərəm ki, bu qərarın arxasında durmaq, taleyi ilə oynamaq, adını tarixə yazmaq cəsarəti hər adama nəsib olmur. Amma Əjdər İsmayılov bu məsuliyyəti öz iradəsi ilə daşıdı və ömrü boyu həmin yolun doğruluğuna sadiq qaldı.
Çıxış edən YAP Veteranlar şurasının üzvü, İki sahil TV-nin məsul redaktoru Tahir Məmmədov bildirib ki, Əjdər müəllimin adı bu xalqın yaddaşında bir ziyalılıq simvolu kimi qalacaq. Onun doğum günü münasibətilə keçirilən tədbir bir daha sübut etdi ki, tarix yalnız keçmiş deyil - biz onu yaşadırıq, xatırlayırıq, ondan öyrənirik. Əjdər İsmayılovun bizə buraxdığı miras yalnız imza atdığı müraciət deyil, həm də azərbaycançılıq düşüncəsinin, vətənə sədaqətin canlı nümunəsidir. Zaman hər şeyi unudur, amma xalqın yaddaşı bəzi adları həmişə qoruyur. Bu gün isə bizlərdən biri - Əjdər İsmayılovun doğum gününü onun yoxluğunda, amma ruhunun varlığında qeyd edirik. Bu, sadəcə anım tədbiri deyil, bu bir mübarizənin davamı, səssiz amma gur danışan bir tarixin səhnəyə qayıdışıdır.
Tədbirdə iştirak edən “Turan” Araşdırma İctimai Birliyinin sədri, Əjdər İsmayılovun oğlu Cavid İsmayıl bildirib ki, atası haqqında danışmaq onun üçün həm çətin, həm böyük qürur, həm də dərin məsuliyyətdir. O deyib:”Atamın yoxluğu çox ağırdır, amma onun kitabları, elmi fəaliyyəti, ictimai-siyasi düşüncələri, yazıları xalqımız üçün elə bir mirasdır ki, illər keçsə də dəyərini itirməyəcəkdir. Bu gün onun doğum günüdür. Təqvimdə sadə bir tarix ola bilər, amma bizim üçün - onu tanıyan, onu sevən, onunla nəfəs alan ailəmiz və onunla çiyin-çiyinə duran hər kəs üçün bu gün bir dogma, unudulmaz yaddaş günüdür. Çünki o, təkcə bir qayğıkeş ata, ailə başçısı deyildi, həm də bir alim, bir yazar, müasir, müstəqil Azərbaycan uğrunda mübarizəyə inqilabçı kimi ilk qatılan vətənpərvər insanlardan biri idi.
Tədbirdə ona aid söylənilən xoş sözlər, xatirələr, ürəkdən gələn fikirlər bir daha göstərdi ki, professor Əjdər İsmayılov bu xalqın yaddaşında əbədi qalacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

