/ / Xəzər rayonunda görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib
28.04.2025 [12:14]
Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Gülşən Paşayeva, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda təşkil olunan tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Sonra dəyərli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirilib.
Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Daha sonra Zərifə xanım Əliyevanın həyatına həsr edilmiş videofilm nümayiş etdirilib.
Nümayişdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açılış nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə edib. E.Salahov məruzəsində qeyd edib ki, bu gün Azərbaycanda tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş, minlərlər insana nur bəxş etmiş, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın işığına toplaşmışıq. Təkcə Azərbaycanın deyil, dünya tibb elminə öz töhfələrini verən, akademik Zərifə xanım Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtmışdır. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl¬lifi olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə xanım bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olmuşdur.
Tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında Zərifə xanımın Azərbaycan qadınlarının, azərbaycanlı anaların təcəssümü, idealı olduğunu vurğulamışdır. Böyük alim olan Zərifə xanım öz gərgin elmi fəaliyyəti ilə yanaşı analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. O, ömür-gün yoldaşı Heydər Əliyev ilə birlikdə qəlblərində daim Azərbaycan sevgisi yaşayan, vətənimizin qüruru sayılan övladlar yetişdirmişdir. Elə bir övlad ki, bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırmışdır. Dövlət rəhbərimiz olan cənab İlham Əliyevə bu torpağa, bu Vətənə tükənməz sevgini məhz anası Zərifə xanım aşılamışdır.
Milli Məclisin deputatları Musa Quliyev, Gülşən Paşayeva və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov öz çıxışlarında qeyd etmişdirlər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
Tədbirdə çıxış edən Sanator-kurort reabilitasiya mərkəzinin direktoru Mürsəl Mürsəlov bildirmişdir ki, Zərifə xanım dünya oftalmologiyasında qəbul olunmuş görkəmli bir alimdir. Zərifə Əliyeva ona görə böyük alim və hörmətli həkim idi ki, onun peşəkarlığı şəxsiyyəti ilə vəhdət təşkil edirdi.
Çıxışlardan sonra tədbir gənc müğənnilərin ifaları ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

