Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır
29.04.2025 [18:48]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Prezident cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində CGTN (China Global Television Network) telekanalına müsahibəsi də mühum məqamlarla yadda qaldı. Ölkəmizin başçısı müsahibəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanata toxunaraq vurğuladı ki, bu sənəddə ikitərəfli əlaqələrin geniş gündəliyi açıq şəkildə görünür. Birgə Bəyanatın mahiyyətinin çox əhəmiyyətli oldğunu söyləyən Prezident bəyan etdi ki, Azərbaycan öz bölgəsində bir çox ölkələrlə, eləcə də bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bildirən Prezident cənab İlham Əliyev Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi. Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmağın tərəfdarı olduğunu qeyd edən dövlətimizin başçısı Prezident Si Cin tərəfindən bu qurumun Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini diqqətə çatdırdı. Prezident cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, bu təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar: “Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır”. Çünki Azərbaycan güclü siyasi münasibətlərə və eyni zamanda nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir, bu da ŞƏT üçün cəlbedici məqamdır. Beləliklə, Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Çin və Azərbaycan tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasındakı iqtisadi-siyasi münasibətlərin inkişafı həm də qlobal arenada böyük önəm daşıyır.
Çoxtərəflilik prinsipi ölkələrin ortaq məqsədlər uğrunda birgə səylər göstərərək qlobal problemləri həll etmək üçün vahid bir çərçivədə fəaliyyət göstərməsi deməkdir. Azərbaycan bu prinsipə güclü sadiqliyini nümayiş etdirmiş və son illərdə Qoşulmama Hərəkatında dördillik sədrliyi zamanı beynəlxalq münasibətlərdə çoxtərəfliliyin güclənməsinə yönələn siyasət yürütmüşdür. Qoşulmama Hərəkatında sədrliyi zamanı Azərbaycan qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığı təşviq etmiş və özünün institutlaşma prosesini gücləndirmişdir. Azərbaycan BRICS kimi çoxtərəfli platformalarla əlaqələrini inkişaf etdirərək həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri arasında körpü rolu oynamağa çalışır və öz xarici siyasət strategiyasını bu prinsip üzərində qurur.
Azərbaycanın strateji yerləşməsi və inkişaf etmiş infrastruktur layihələri onu Avrasiya regionunun ən mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək regional yükdaşımaların keçdiyi əsas arteriyalara çevrilmişdir. Ölkə iqtisadiyyatının davamlı artımını təmin etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə bu dəhlizlərin ötürücülük imkanlarını artırmağa yönələn böyük sərmayələr yatırılır. Azərbaycan regional və beynəlxalq ticarət əlaqələrinin inkişafına imkan yaradan bu kimi loqistika layihələri ilə həm də dünya miqyasında təsirini artırır.
Bu gün Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Azərbaycan bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyi dövründə deyil, həmçinin COP29-dakı sədrliyi zamanı nümayiş etdirdi. Ötən ilin noyabr ayında Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada Prezadent İlham Əliyev Qlobal Cənubun maraqlarını müdafiə etdi və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdi. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri Azərbaycan üçün vacibdir. Ölkəmiz beynəlxalq birliyin fəal üzvü olaraq onları öz milli maraqlarımız baxımından müdafiə edir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

