Qlobal səhnədə Azərbaycanın uğurlu strateji kursu
29.04.2025 [23:30]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu prinsipial və ardıcıl mövqeyin növbəti təsdiqi oldu. Bu müsahibə təkcə Azərbaycan-Çin münasibətlərinin yüksək inkişaf səviyyəsini nümayiş etdirmədi, həm də Azərbaycanın qlobal miqyasda formalaşdırdığı güclü diplomatik xəttin bariz ifadəsinə çevrildi. Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Münasibətlərin tarixinə toxunan cənab Prezident İlham Əliyev bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edərək bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib. Bu isə Azərbaycanın uğurlu xarici siyasət modelinin olduğu deməkdir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı məqamlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus və müstəqil siyasət yürüdən ölkə kimi qəbul edildiyini göstərir. Dövlət başçısı Azərbaycanın "Vahid Çin" siyasətinə daim sadiq qaldığını və bu məsələdə qətiyyətli dəstəyini ifadə etdi. Bu yanaşma Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqeyini bir daha təsdiqlədi. Eyni zamanda, müsahibə zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, suverenlik və bərabər hüquqlu əməkdaşlıq əsas prioritetlərdəndir. Bu yanaşma Azərbaycanın tərəfdaşlıq münasibətlərində qısa müddətli maraqlara deyil, uzunmüddətli və dayanıqlı əməkdaşlığa üstünlük verdiyini göstərir. Artıq Azərbaycan-Çin münasibətlərində yeni dinamika yaranıb. Cənab Prezident İlham Əliyev 2024-cü ilin iyul ayında Çinə etdiyi dövlət səfərini və həmin səfər çərçivəsində imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyanatını yüksək qiymətləndirdi. Bu sənəd Azərbaycan-Çin münasibətlərini yeni strateji mərhələyə yüksəltdi və əməkdaşlıq üçün geniş perspektivlər açdı. Müsahibədə Prezident İlham Əliyev iqtisadi sahədəki əlaqələrin daha da dərinləşdiyini, xüsusilə nəqliyyat, enerji və innovasiya sahələrində yeni imkanların yarandığını qeyd etdi. Azərbaycanın Çinlə birgə həyata keçirdiyi layihələr yalnız iki ölkə arasında ticarət dövriyyəsinin artmasına deyil, həm də regional əməkdaşlıq platformalarının formalaşmasına təkan verir. Bu münasibətlər Azərbaycanın "Orta Dəhliz" layihəsindəki mühüm rolunu da bir daha önə çıxarır. Çinlə Avropa arasında əsas tranzit marşrutlarından biri olan bu dəhliz Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və ölkəmizi beynəlxalq logistika xəritəsində aparıcı mövqeyə çıxarır. Prezident İlham Əliyev müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində atdığı mühüm addımlara da toxundu. Azərbaycanın 2030-cu ilə qədər 6500 MVt gücündə yaşıl enerji istehsal etmək məqsədi və bu istiqamətdə Çin şirkətləri ilə qurulan əməkdaşlıq, ölkəmizin qlobal ekoloji çağırışlara verdiyi cavabın əyani nümunəsidir. Bərpaolunan enerji sahəsində BYD kimi nəhəng Çin şirkətləri ilə əməkdaşlıq, Azərbaycanda ekoloji təmiz nəqliyyatın inkişafı və yerli istehsalın qurulması üçün geniş imkanlar açır. Elektrik avtobuslarının istifadəyə verilməsi, şəhər nəqliyyatında karbon emissiyasının azaldılmasına ciddi töhfə verəcək və Azərbaycanın ekoloji davamlı inkişaf strategiyasını sürətləndirəcək. Prezident İlham Əliyev müsahibədə turizm və təhsil sahələrində də əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırdı. Vizaların sadələşdirilməsi və qarşılıqlı səfərlərin artırılması xalqlar arasında birbaşa ünsiyyətə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır. Xüsusilə, Çin-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qalxacağına dəlalət edir. Bu təşəbbüs gənclər arasında qarşılıqlı etimadı möhkəmləndirəcək, eləcə də hər iki xalqın gələcək nəsillərinin bir-birini daha yaxşı tanımasına xidmət edəcək. Müsahibənin ümumi fonu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və geosiyasi çəkisini nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət kursu ilə dünyada etibarlı və önəmli tərəfdaş statusu qazandığını bir daha təsdiqlədi. Azərbaycanın prinsipial mövqeyi, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərinə sədaqəti, regional və qlobal əməkdaşlığa verdiyi töhfə ölkəmizi dünyanın sabitlik, inkişaf və tərəqqi axtaran qüvvələri üçün cazibədar tərəfdaş edir. Cənab Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq modelini təşviq edən dövlət kimi mövqeyini daha da gücləndirdi. Bu müsahibə Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş və strateji aktor kimi nüfuzunun davamlı olaraq artdığının növbəti bariz nümunəsi oldu.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59

