"Azərbaycanın gələcəyi naminə - nəsillərin dialoqu" adlı tədbir keçirildi
08.05.2025 [14:22]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı rayon Ağsaqqalar Şurası ilə birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Azərbaycanın gələcəyi naminə - nəsillərin dialoqu" adlı tədbir keçirdi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əli Alışanov, Kəlbəcər rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov,rayon Həmkarlar komitəsinin sədri Əli Bağırov, Gənclər və İdman sektorunun müdiri Musa Mamedov, Ərazi Partiya təşkilat sədrləri -Azər Xankişiyev, Amil Salmanov, Hikmət Yusibov,partiyanın veteran üzvüləri, ziyalılar və gənçlər iştirak etdilər.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və ən əsası beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.Bu gün Ulu Öndərin təməlini qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun layiqincə davam etdirilir. Xalqımız ölkənin bütün ərazisində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa olunmasının qürurunu yaşayır.Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalçılardan azad edilməsi ilə həmin ərazilərdə yenidənqurma, bərpa işlərinə start verilmiş və quruculuq layihələri sürətlə davam etdirilməkdədir. Dövlət Başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş şəhər və rayonlarımızda zəruri infrastrukturun yaradılması üzrə misli görünməmiş çoxşaxəli işlər həyata keçirilir. Kəlbəcər rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov çıxış edərək bildirdi ki, 1991-ci ildən Azərbaycanda cərəyan edən mürəkkəb və eyni zamanda ziddiyyətli proseslər, həmçinin ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü lider,uzaqgörən siyasətçi xilas edə bilər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli çağırışlarına cavab verərək hakimiyyətə geri qayıtdı, Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə həyatını təhlükəyə ataraq, xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. 44 günlük Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin ən qısa zaman ərzində bərpası və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.Tədbirdə çıxış edənlər RİH-in məsul işçisi Əli Alışanov,Əli Bağırov, İkram Salmanov, Mahir Muxtarov,Fikrət Baxşalıyev və digərləri qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.Çıxışçılar bildirdilər ki, bu gün Azərbaycanın müxtəlif spektrlərdə əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən dərhal sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən, milli dirçəlişin, tarixi ədalətin bərpasının rəmzinə çevrilən "Böyük Qayıdış"a dair qəbul olunmuş dövlət proqramı uğurla həyata keçirilir.
Sonda partiya sıralarına yeni daxil olan üzvlərə vəsiqələr, veteranlara isə Fərxi fərmanlar tədqim edildi.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

