Azərbaycan–Vyetnam Münasibətləri
12.05.2025 [17:13]
Azərbaycan və Vyetnam arasındakı əlaqələr tarixi köklərə malik olmaqla, müasir dövrdə strateji tərəfdaşlığa doğru irəliləyir.
Azərbaycan–Vyetnam münasibətləri XX əsrin ortalarından formalaşmağa başlayıb. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana səfəri və 1983-cü ildə Heydər Əliyevin Vyetnama gəlişi, bu münasibətlərin təməl daşlarını qoymuşdu. Bu tarixi əlaqələr bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da Vietnam News Agency-yə verdiyi müsahibəsində Azərbaycan–Vyetnam münasibətlərinin uzunmüddətli və dayanıqlı dostluq əsasında qurulduğunu vurğulayıb. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq güclənib. Hazırda Prezident İlham Əliyev bu dostluq irsini davam etdirərək iki ölkə arasında strateji əməkdaşlığı inkişaf etdirməyə çalışır. Xüsusilə beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər və diplomatik səylər Azərbaycan–Vyetnam münasibətlərini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri və 2015-ci ildə Prezident Çıonq Tan Şanqın Bakıya gəlişi əlaqələrin genişlənməsinə səbəb olub.
Azərbaycan və Vyetnam arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Neft və qaz sahəsində əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhsil və mədəni inteqrasiyanın gücləndirilməsi iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətləridir.
Bakıda Vyetnam Günlərinin təşkili, “Əfsanə yaradanlar” filminin nümayişi və Heydər Əliyev Fondunun Hanoyda icra etdiyi layihələr ölkələr arasında humanitar əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Eyni zamanda, azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin formalaşmasında rolu bu tarixi əlaqələrin dərinliyini göstərir.
Azərbaycan və Vyetnam iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş potensiala malikdir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 223,93 milyon ABŞ dolları olduğu qeyd edilir. Bu rəqəmin artırılması üçün tərəflər müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. SOCAR ilə Vyetnamın "PetroVietnam" şirkəti arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunur. 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında neft-qaz sahəsində müqavilənin imzalanması bu sahədə tərəfdaşlığın gücləndirilməsinin göstəricisidir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnam ilə iqtisadi əlaqələri genişləndirmək niyyətində olduğunu və xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə önəm verdiyini bildirib. O qeyd edib ki, “iki ölkə arasındakı ticarət və investisiya imkanlarının artırılması üçün konkret addımlar atılacaq”.
Bununla yanaşı, ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı, kənd təsərrüfatı, sənaye və digər sahələrdə qarşılıqlı sərmayələrin təşviqi prioritet məsələlərdəndir.
Azərbaycandan kənd təsərrüfatı məhsulları, kimya və tikinti materiallarının ixracı, Vyetnamdan isə tekstil və elektronika idxalı gələcək inkişaf üçün perspektivlərdəndir.
Universitetlərarası əməkdaşlığın genişləndirilməsi və tələbə mübadiləsi proqramlarının təşviqi iki ölkənin gənc nəsilləri arasında mədəni inteqrasiyanı gücləndirir. Vyetnam tələbələrinin Azərbaycanda təhsil imkanlarının artırılması, akademik mübadilə və elmi araşdırmalar sahəsində əməkdaşlıq perspektivlidir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı və BMT çərçivəsində sıx əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq dərinləşməkdədir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Vyetnam münasibətləri dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir. Qarşıdakı dövrdə partiyalararası dialoq və turizm sahəsində yeni layihələrin reallaşması bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Bu əməkdaşlığın daha da inkişafı üçün konkret addımların atılması gözlənilir.
Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

