Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb
30.05.2025 [14:26]
Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır. Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir. Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
İkinci Qarabağ müharibəsinin təcrübələri ilə bağlı araşdırmaların hələ də davam etməsi, xarici ölkələrin müxtəlif ali hərbi məktəblərində öyrənilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sahəsində islahatların Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə davam etdirməsinin nəticəsidir. Vətən müharibəsini Qələbə ilə başa çatdıran Azərbaycan Silahlı Qüvvələrimizin inamla addımlaması, düşməni vəlvələyə salan ən müasir texnikaların paytaxtımızda keçirilən Zəfər paradında nümayişi Prezident İlham Əliyevin «nəyi, necə və nə vaxt » həll olunacağı proqnozunun reallaşmasının məntiqi nəticəsi idi.
44 gün davam edən İkinci Qarabağ müharibəsində hər gün irəli gedən, Ermənistanın işğal altında saxladığı ərazilərdə yaratdığı istehkamları dağıdan rəşadətli ordumuzun əsgərləri, zabitləri dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayalara dırmaşa-dırmaşa Şuşaya daxil olaraq əlbəyaxa döyüşdə də düşməni məhv etdilər. Azərbaycan Bayrağı Şuşada dalğalandı. Bir gündə bir neçə kəndi işğaldan azad edən Milli Ordumuzun gücü qarsısında tab gətirməyərək ağ bayraq qaldıran Ermənistanın uzun illər yaratdığı «qüdrətli ordu mifi» darmadağın edildi. Erməni faşişmi, işğalçının onsuz da işə yaramayan hərbi texnikası, xeyli sayda canlı qüvvəsi məhv edildi. Düşmənə qalib gəlmək, torpaqlarımızı azad etmək üçün güc toplanıldığını bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Qələbəni peşəkarlıq, qəhrəmanlıq , milli ruh hesabına qazanan oğullarımız bütün dünyaya bəyan etdilər ki, Azərbaycan yurd, torpaq uğrunda şəhid verməyə, ulularımızdan miras qalan qəhrəmanlıq ənənələrini davam etdirməyə hər an hazır olan igidlər məskənidir. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən, müharibənin ilk günlərindən bir amal- Vətən uğrunda, doğma torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda döyüşə atılan igidlərimizin rəşadəti sayəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bir güllə atılmadan işğaldan azad olunan Kəlbəcərdə, Laçında, Ağdamda Azərbaycan Bayrağı dalğalandı. Döyüş meydanında olduğu kimi, siyasi müstəvidə, diplomatiyada, informasiya cəbhəsində də düşməni susduran, ordumuzun gücünə arxalanan, xalqına güvənən Ali Baş Komandan İlham Əliyev sərkərdəlik missiyasını ləyaqətlə yerinə yetirdi. Azərbaycanın tükənən səbri silaha çevrilib xalqımızın əzəmətini nümayiş etdirdi. Erməni faşizmini məhv etmək, qarşıya qoyulan məqsədə çatmaq üçün sona qədər gediləcəyini bəyan edən dövlət başçımız dəfələrlə düşmənə bildirirdi ki, Azərbaycana qarşı hərbi təxribatların qarşısı qətiyyətlə alınacaq, döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi namərdcəsinə atəşə məruz qoyan düşmənin nəsibi məğlubiyyətlər olacaq. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi. Möhtərəm Prezidentimiz daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və belə də oldu.Ölkə başçımızın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi mübarizəmizin şüarına çevrildi. 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların aça bilmədiyi Qarabağ düyünü Azərbaycan Ordusunun gücü ilə açıldı. Və bununla da Azərbaycan öz ədalətli qələbəsini əldə etdi.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59

