“8 Noyabr” stansiyası – enerji sektorunda sürətli inkişafın parlaq nümunəsi
30.06.2025 [14:37]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Mingəçevirdə inşa edilən və qarşıdakı illərdə ölkənin enerji sistemini xeyli gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışı həm texniki, həm iqtisadi, həm də geostrategik baxımdan əhəmiyyətli hadisədir. Bu stansiyanın qısa müddət ərzində layihələndirilməsi və uğurla istifadəyə verilməsi Azərbaycan energetiklərinin peşəkarlığını və dövlətin enerji siyasətinə verdiyi prioriteti ortaya qoyur.
1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyası bu gün Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük elektrik stansiyasıdır. Bu stansiyanın fəaliyyəti enerji sisteminin effektivliyini artıracaq, ölkənin enerji təminatında əhəmiyyətli yükü dəstəkləyəcək, eyni zamanda Mingəçevirin regionun əsas energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda ölkə elektrik enerjisinin 40%-dən çoxunu bu stansiya istehsal edir ki, bu da Azərbaycanın enerji siyasətinin doğru yolda olduğunu bir daha təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlini qoyması ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcı olub. 1981-ci ildə stansiyanın ilk blokunun istismara verilməsi isə bu şəhərin Azərbaycan energetikasında aparıcı mərkəzə çevrilməsinə zəmin yaradıb. Müstəqillik dövründə qarşılaşdığımız çətinliklərə rəğmən Mingəçevir stansiyası fəaliyyətini fasiləsiz davam etdirərək ölkənin enerji balansının qorunmasında mühüm rol oynayıb.
Son iki onillikdə Azərbaycanda enerji sisteminin yenidən qurulması həyata keçirilib. Ölkənin müxtəlif regionlarında yeni elektrik stansiyaları tikilib, Mingəçevirdə bərpa və yenidənqurma işləri aparılıb. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyulmuş, 2020-ci ilin iyununda stansiyanın açılışı olub. Həmin stansiyanın ümumi gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının isə 1880 meqavat təşkil edir. Su elektrik stansiyasının 400 meqavat gücü ilə Mingəçevirdə istehsal olunan elektrik enerjisi ölkə tələbatının 40%-dən çoxunu təmin edir.
Normalda 2000 meqavat gücündə elektrik stansiyasının tikintisi üç-dörd il və ya daha çox vaxt tələb edir. Sovet dövründə “Azərbaycan” stansiyasının 300 MW gücündə ilkin bloku yeddi ilin sonunda – 1981-ci ildə istifadəyə verilmişdir. Lakin bu dəfə “8 Noyabr” Stansiyası cəmi iki il ərzində tamamlanmışdır. Bunun səbəbləri sırasında Azərbaycanda enerji infrastrukturunun mövcud bazası, yerli mütəxəssislərin peşəkarlığı, təcrübəsi və beynəlxalq tərəfdaşlıq, xüsusilə İtaliya və Çinin sektorda fəaliyyəti dayanır.
İtaliya və Çin ilə əməkdaşlıq mühüm strateji əhəmiyyət kəsb edir, hər iki ölkə ilə enerji və xam neft sahəsində strateji bəyannamələr imzalanmışdır. Prezident İlham Əliyev Çinə dövlət səfəri zamanı yeni bərpaolunan enerji layihələrinin icrası üçün razılıqlar əldə edilmişdir. Hazırda Azərbaycandakı yeni günəş elektrik stansiyalarının təchizatı əsasən Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu əməkdaşlıqlar sayəsində ölkəmiz enerji sektorunda daha müasir texnologiyalarla təmin edilir.
“8 Noyabr” stansiyası elektrik istehsalının səmərəliliyini artıracaq, generasiya gücünü yüksəldəcək, şərti yanacaq sərfiyyatını azaltdığı üçün təbii qəza qənaət ediləcək, bu da öz növbəsində ixrac potensialını gücləndirəcək. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir.
Energetika sahəsi milli təhlükəsizlik məsələsidir, Avropa və digər regionlarda enerji infrastrukturuna qarşı hibrid təhdidlər artır. Azərbaycan isə Avropanın etibarlı enerji təchizatçısı kimi tanınır. Təbii qaz 12 ölkəyə, onlardan 10-u Avropa dövlətlərinə ixrac edilir. Elektrik enerjisinin və gələcəkdə yaşıl enerjinin ixrac imkanı ilə ölkənin geoiqtisadi rolu artır və region sabitliyinə töhfə verir.
“8 Noyabr” adının bu layihəyə verilməsi həm xalqımız, həm də dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan sülh və sabitlik şəraitində güclü iqtisadi inkişafa doğru inamla irəliləyir. Həmin ad 44 gün Vətən müharibəsində qazanılan Zəfər tariximizlə birbaşa bağlıdır və layihəni ölkənin enerji siyasətində ən vacib təşəbbüslərdən birinə çevirir. Bu əhəmiyyətli infrastrukturun uzunömürlü və səmərəli fəaliyyəti isə yüzlərlə mühəndis, energetik və aidiyyəti dövlət qurumlarının birgə səyi nəticəsində mümkün olub.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

