Enerji müstəqilliyi ölkəmizin regional güc mövqeyini daha da möhkəmləndirən amildir
30.06.2025 [19:14]
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyətə malikdir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır. Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir.
Yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək: Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması Azərbaycanın nə qədər qüdrətli dövlət olmasını göstərir. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində bərpa olunan enerji sahəsində birgə layihələrin icrasının razılaşdırılması gələcək əməkdaşlığa zəmin yaratdı. Bu gün biz artıq bu əməkdaşlıqların real bəhrəsini görməkdəyik. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantıdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. “8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir”.
Stansiyanın 8 Noyabr” adlandırılması təsadüfi deyil və dərin simvolik məna daşıyır: “Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günü olmaqla eyni zamanda milli qürur və qələbə ruhunun enerji ilə vəhdətidir.
44 günlük Vətən müharibəsində Azərbaycan hərbi və siyasi gücünü necə nümayiş etdirirdisə, bu gün eyni gücü enerji və iqtisadiyyatın digər sahələrində da ortaya qoyulub. Dövlətimiz qarşısına qoyduğu məqsədlərə çata bilən, ən çətin maneələri aşa bilən, ən mürəkkəb problemləri həll edə bilən bir dövlətdir. Əlbəttə ki, bu güc ağıllı və peşəkar siyasi liderin və onun ətrafında monolit komandanın olmasından qaynaqlanır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və ondan sonra atılan digər addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, ölkəmizin regional gücə çevrilməsinə səbəb oldu. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də növbəti iqtisadi uğurlarımızdan biridir.Gələcəkdə Azərbaycanın enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması üçün davamlı tədbirlər görüləcək. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması bunu deməyə imkan verir. Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verən möcüzəvi layihələrlə hər kəsi təəccübləndirməkdə davam edəcək.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

