Azərbaycan–Özbəkistan münasibətlərində yeni dövr
04.07.2025 [18:04]
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında münasibətlər tarixən dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq ruhunda formalaşmış və davamlı inkişaf etmişdir. Hər iki ölkə ortaq tarixi, dini və mədəni dəyərlərə sahib olmaqla yanaşı, siyasi, iqtisadi, humanitar və beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq əlaqələrini də inkişaf etdirir.
Bunun nəticəsi olaraq cari 2 iyul tarixində Bakı şəhərində baş tutan rəsmi dövlət görüşü və keçirilən Ali Dövlətlərarası Şuranın iclası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığı gün oldu. Bu münasibətlə keçirilən mətbuat konfransında Prezident İlham Əliyev qeyd etdi ki, bu gün həm ikitərəfli görüş, həm də ali şuranın iclası çərçivəsində ikitərəfli əməkdaşlığın geniş spektri müzakirə olunub və münasibətlərin strateji, müttəfiqlik xarakteri bir daha təsdiqlənib.
Prezident Əliyev açılış nitqində vurğulayıb ki, ötən il Daşkənddə bağlanan “Müttəfiqlik haqqında Müqavilə” hər iki ölkə arasındakı əlaqələrdə ən yüksək hüquqi əsasdır. “Biz artıq bir ildir rəsmi müttəfiqlik münasibətlərindəyik” – deyə dövlət başçısı bildirib və bu münasibətləri beynəlxalq arenada qarşılıqlı dəstək, konkret layihə və səylərlə sübut etdiklərini qeyd edib.
Şura iclası çərçivəsində genişmiqyaslı sənədlər mübadiləsi baş tutub. Bu sənədlər sırasında kənd təsərrüfatı, gəmiyaratma, nəqliyyat, ticarət dövriyyəsinin artırılması sənaye əməkdaşlığı, elm və təhsil sahəsində birgə proqramlar, sosial müdafiə və gömrük sahəsində qarşılıqlı tanıma protokolları yer alıb . Bu sənədlər strateji tərəfdaşlığın yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq sferada əməkdaşlıq perspektivlərini məzmunlu şəkildə göstərir.
Tərəflər enerji sahəsində birgə layihələrə xüsusi yer ayırıb. Prezident Əliyev son inkişafları böyük maraqla izlədiklərini qeyd edərək, Özbəkistanın enerji potensialının, iqtisadi inkişafa və beynəlxalq nüfuza təsirini vurğulayıb . Həmçinin, gəmiyaratma və nəqliyyat sahəsində imzalanmış protokollar regionda nəqliyyat inteqrasiyasını daha da gücləndirəcək.
Prezident İlham Əliyev vurğulayıb ki, münasibətlər artıq klassik strateji tərəfdaşlıqdan daha da irəli gedərək müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, dövlətlərarası ən ali hüquqi-ideoloji baxışın göstəricisidir və konkret dünya layihələrinə güclü təkan verəcək.
2 iyul tarixində Bakıdan verilən mesaj olduqca konkret idi: Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir, və bu müttəfiqlik yalnız sözlərlə deyil, həm də ticarət, investisiya, enerji, təhsil və sosial sahələr üzrə real layihələrlə dəstəklənir. Hər iki dövlət başçısı birgə fəaliyyəti beynəlxalq arenada da aktivləşdirmək niyyətindədir.
Bu səfər və mətbuat konfransı göstərdi ki, iki qardaş ölkə arasındakı əlaqələr dərinləşir, strateji planlar həyata keçirilir və “müttəfiqlik” statusu sadəcə simvolik deyil, məsuliyyətli, konkret hədəflərlə müşayiət olunur.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

