“Yay məktəbi”nin iştirakçıları Ulu Öndərin abidəsini ziyarət ediblər
10.07.2025 [12:48]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə iyulun 8-dən start götürən şəhid övladları üçün təşkil edilən “Yay məktəbi”nin ikinci günüdə uşaqlar şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət ediblər. Ziyarət zamanı onlar Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto, şəxsi əşyalarla tanış olublar. Mərkəzin əməkdaşları uşaqlara dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat veriblər.
Heydər Əliyev Park kompleksindəki “GəncLand” adlı istirahət və əyləncə mərkəzindəki attraksionlardan, avtodrom və oyun meydançasından istifadə edən şəhid övladları xoş anlar yaşayıblar.
Sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə iştirak ediblər.
Xatırladaq ki, dörd gün davam edəcək yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.
Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər. Üçüncü gün uşaqlar Gəncə "İmamzadə ziyarətgah" kompleksini ziyarət edəcək, dördüncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.
Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09

