Anadilli mətbuatın inkişafı
18.07.2025 [15:22]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
22 iyul – Azərbaycan xalqının milli mənəvi yaddaşında xüsusi yer tutan, söz azadlığının, ictimai fikrin formalaşmasının və milli oyanışın başlanğıcı hesab edilən bir gündür. Bu tarix 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə bağlıdır və Azərbaycan milli mətbuatının əsası kimi qəbul edilir.
“Əkinçi” sadəcə bir qəzet deyildi. O dövr üçün bu nəşr xalqın səsini dünyaya çatdıran, onun hüquqlarını müdafiə edən və maarifçi düşüncəni yayan bir vasitə idi. Həsən bəy Zərdabinin qələmindən süzülən hər fikir xalqın oyanışına, cəmiyyətin tərəqqisinə xidmət edirdi. Bu ideyalar zaman keçdikcə daha da gücləndi, inkişaf etdi və Azərbaycan mətbuatını böyük bir gücə çevirdi.
Ötən əsrin müxtəlif dönəmlərində senzura, təzyiqlər və çətinliklərə baxmayaraq, Azərbaycan mətbuatı öz prinsipial mövqeyini qoruyub saxladı. Xüsusilə müstəqillik dövründə azad və plüralist media mühiti formalaşmağa başladı. Ümummilli lider Heydər Əliyevin media siyasəti və söz azadlığına verdiyi dəyər nəticəsində mətbuat demokratik cəmiyyətin əsas dayaqlarından birinə çevrildi.
Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sektorunun inkişafı daim diqqət mərkəzində saxlanılır. Dövlətin media siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşir. Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərə mənzil verilməsi, mətbuat orqanlarının maddi-texniki təminatı – bütün bunlar dövlətin söz azadlığına və peşəkar jurnalistikaya verdiyi yüksək önəmin göstəricisidir.
Xüsusilə Vətən müharibəsi dövründə və postmüharibə mərhələsində Azərbaycan jurnalistlərinin göstərdiyi peşəkarlıq, fədakarlıq və milli mövqe hər bir vətəndaşda haqlı qürur doğurdu. Media nümayəndələri informasiya cəbhəsində erməni təbliğatına qarşı əsl savaş apardılar, ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynadılar.
Bu gün də informasiya müharibəsi davam edir. Rəqəmsal çağırışlar, dezinformasiyalar və qlobal informasiya təzyiqləri fonunda Azərbaycan mətbuatı daha güclü, daha məsuliyyətli və daha vətənpərvər olmalıdır. Cəmiyyətin informasiya tələbatını ödəmək, milli maraqları qorumaq, sağlam ictimai rəy formalaşdırmaq bu gün jurnalistikanın əsas vəzifələridir.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

