150 illik milli mətbuat tariximizin şərəfli inkişaf yolu
18.07.2025 [17:47]
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu hadisə xalqımızın ictimai fikir tarixində dönüş nöqtəsi oldu. “Əkinçi” qəzetinin cəmi 56 sayı nəşr olunsa da, onun təsiri və maarifçilik missiyası uzunmüddətli və davamlı oldu. Həsən bəy Zərdabi bu nəşr vasitəsilə xalqı savadlanmağa, maariflənməyə, elm və tərəqqiyə çağırır, eyni zamanda sadə və anlaşılan dildə yazmaqla geniş kütlələrin diqqətini cəlb edirdi. O, yalnız mətbuatın deyil, ümumilikdə, milli özünüdərk və oyanış prosesinin də təməlini qoymuşdu.
Çar Rusiyasının senzura siyasəti nəticəsində “Əkinçi”nin fəaliyyətinə son verilsə də, bu ideyalar “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Molla Nəsrəddin” kimi nəşrlərlə davam etdirildi. Azərbaycan milli mətbuatı XIX əsrin sonları və XX əsrin əvvəllərində maarifçiliklə yanaşı milli şüurun, ictimai-siyasi mübarizənin güclənməsində əvəzsiz rol oynadı. Bu mətbu orqanlar vasitəsilə ana dilində yazılmış əsərlər yayılır, xalqın milli kimliyi möhkəmlənir, azadlıq və istiqlal arzuları geniş kütlələrə çatdırılırdı.
1991-ci ildə müstəqillik əldə olunandan sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi Azərbaycan tarixində mühüm hadisə kimi qeydə alındı. Bu qərar söz və ifadə azadlığının təmin olunmasında yeni bir mərhələnin əsasını qoydu. Mətbuatla bağlı qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi, media sahəsində fəaliyyət göstərən qurumlara dəstək artırıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə institusional və texnoloji modernləşmə prosesi daha da sürətləndi. 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media subyektlərinin hüquqi statusunun müəyyənləşdirilməsi və onların vahid reyestrə alınması ilə nəticələndi. Eyni zamanda Medianın İnkişafı Agentliyinin yaradılması və bu qurumun media ilə dövlət arasında körpü rolunu oynaması media mühitinin peşəkarlaşmasına və şəffaflığın təmininə xidmət etdi. Dövlətin informasiya siyasətində media nümayəndələrinin fəal iştirakı təmin edildi, jurnalistlər üçün güzəştli ipoteka proqramı tətbiq olundu, mükafatlandırma və təltif sistemi genişləndirildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı informasiya cəbhəsində də şərəfli mübarizə apardı. Həm yerli, həm də beynəlxalq media resursları vasitəsilə ölkənin haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görüldü. Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın mövqeyini dünyaya çatdırmaqla informasiya blokadasını yarmağa xidmət etdi. Jurnalistlər ön cəbhədə real təhlükələr içində fəaliyyət göstərərək qəhrəmanlıq nümunəsi sərgilədilər. Bu dövrdə medianın yalnız informasiya yayımı ilə deyil, həm də milli birliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyəti oldu.
2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bu sahəyə verilən dəyərin göstəricisidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu əlamətdar tarix münasibətilə yubiley medalı təsis edilmiş, media əməkdaşları müxtəlif mükafatlarla təltif olunmuşdur. Eyni zamanda Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın informasiya siyasətində beynəlxalq platformaya çevrildiyini nümayiş etdirdi. Azərbaycan media təcrübəsi artıq regional deyil, qlobal miqyasda maraq doğuran nümunədir.
Milli mətbuatın əsası “Əkinçi” ilə qoyulsa da, bu gün Azərbaycan mətbuatı artıq güclü peşəkar potensiala, müasir texnoloji imkanlara və beynəlxalq inteqrasiya imkanlarına sahib bir sektora çevrilmişdir. Keçilən bu şərəfli və çətin yolda dövlətin dəstəyi, ictimaiyyətin inamı və jurnalistlərin fədakar əməyi sayəsində milli mətbuat həm milli şüurun formalaşmasında, həm də cəmiyyətin maarifləndirilməsində önəmli rol oynamağa davam edir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

