Samux seçiciləri ötən 10 ilin nailiyyətlərini layiqincə dəyərləndirirlər
19.09.2013 [10:13]
Samux rayonunun Sərkar, Qovlarsarı və Ziyadlı kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Samux rayonu üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində rayonun öncə Sərkar və Qovlarsarı, daha sonra isə Ziyadlı kəndlərində seçicilərlə görüşlər keçirilib.
Sərkar və Qovlarsarı kəndlərində keçirilən görüşlərdə YAP Samux rayon təşkilatının və Seçki Qərargahının sədri Gündüz Bayramov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, professor Surxay Musayev, Gəncə Dövlət Universtitetinin prorektoru, professor Yusif Yusifov iştirak ediblər. Ziyadlı kəndində baş tutmuş görüşdə isə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovla yanaşı, Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, Ziyadlı ərazi ilk partiya təşkilatının sədri Rəfi Quliyev və digər YAP fəalları iştirak və çıxış ediblər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq prezident seçkilərinin əhəmiyyətindən bəhs edib. O, bütün sahələrdə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf tədbirlərindən danışıb, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını vurğulayıb. Həmçinin, əhalinin rifah halının yaxşılaşdığı, yoxsulluq səviyyəsinin aşağı düşdüyü nəzərə çatdırılıb.
G.Bayramov əminliklə ifadə edib ki, bu seçkilərdə də Samux rayon ictimaiyyəti Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək. Ötən illər ərzində ölkəmizdə əhəmiyyətli müsbət dəyişikliklərin qeydə alındığını deyən təşkilat sədri söyləyib ki, Samux seçiciləri ötən 10 ilin nailiyyətlərini layiqincə dəyərləndirirlər.
Milli Məclisin deputatı Musa Quliyev isə bildirib ki, ötən 10 ili Azərbaycanın bütün tarixi boyu keçdiyi ən yüksək inkişaf, tərəqqi, ölkəmizin qüdrətlənməsi, dünyaya modern bir dövlət olaraq təqdimatı, ölkə vətəndaşlarının sosial-rifah halının yüksədilməsi kimi qiymətləndirmək olar. Son 10 il Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi bir mərhələdir: “Bu mərhələnin davamı olaraq ölkəmiz dünyaya inkişaf etmiş dövlət kimi daxil olacaq. Bu illər ərzində Azərbaycanın bütün sosial-iqtisadi, ictimai-siyasi həyatında tarixi nailiyyətlər əldə olunub. İlk növbədə, regionların sosial-iqtisadi inkişafına dair proqramlar qəbul olunub. Proqramların uğurlu icrası sayəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Üçüncü proqram isə 2014-cü ildən fəaliyyətə başlayacaq. Məhz bu proqramlar əsasında Azərbaycanda qeyri-neft sektorunun inkişafı çox güclü iqtisadi dayaqlar, nəzəri biliklər və səriştəli rəhbərlik, idarəetmə əsasında qurularaq inkişaf etdi. 2003-cü ildən bu zamana qədər Azərbaycanda həm iqtisadiyyatın şaxələnməsi prosesi, həm də region və kəndlərin yeni inkişaf mərhələsi başladı”.
Millət vəkili deyib ki, bu gün Azərbaycanın elə regionu, kəndi, yoxdur ki, orada inkişaf olmasın və yenidənqurma, abadlıq işləri həyata keçirilməsin: “Bu inkişafın əsas hədəfi Azərbaycan insanıdır. Azərbaycanda son 10 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. Eləcə də, əhalinin işsizlik səviyyəsi 40 faizdən 5 faizə enib. Bununla belə, dövlət büdcəsi 20 dəfə və ümumi daxili məhsul (ÜDM) 5 dəfə artıb. Beləliklə, ölkəmiz artıq dünyanın aparıcı dövlətlərinin ən böyük iqtisadi şirkətlərinin maraq dairəsinə çevrilib. Bu gün Azərbaycanın iştirakı, icazəsi olmadan regionda heç bir layihəni reallaşdırmaq mümkün deyil. Eyni zamanda, bu inkişaf ölkə vətəndaşlarının sosial həyatında da öz əksini tapıb. Azərbaycan əhalisinin 2001-ci ildən bu yana əməkhaqları təxminən 20 dəfədən çox artıb. Əgər 2001-ci ildə orta aylıq əməkhaqqı 50 manat idisə, indi bu rəqəm 400 manat təşkil edir. Eləcə də, 2001-ci ildə pensiyanın orta məbləği 18 manat təşkil edirdisə, hazırda bu rəqəm 170 manat məbləğindədir. Yəni, bütün bunların hamısı Azərbaycanın bir dövlət kimi bütövlükdə harmonik inkişafının göstəriciləridir. Təbii ki, bu inkişaf bizim gələcəkdə qazanacağımız daha böyük uğurlarımızın bazasını təşkil edir”.
M.Quliyev qeyd edib ki, Azərbaycan seçicisi Prezident İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaq: “Cənab İlham Əliyevin adı və fəaliyyəti iqtisadi inkişafla, sabitliklə assosiasiya olunur. Ona görə də, vətəndaşların yeganə seçimi cənab Prezident İlham Əliyevdir”.
Professor Surxay Musayev isə öz növbəsində qeyd edib ki, cəmiyyətin hazırkı əhval-ruhiyyəsi deməyə əsas verir ki, xalqımızın alternativsiz seçimi cənab İlham Əliyevdir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Əminəm ki, bu seçkilər də möhtərəm Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək”.
Gəncə Dövlət Universitetinin prorektoru, professor Yusif Yusifov isə Samux rayon ictimaiyyətini seçkilərdə fəal iştirak etməyə çağırıb: “Azərbaycan çox əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. Qarşıdan prezident seçkiləri gəlir. İnanıram ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezident İlham Əliyev növbəti əzəmətli qələbəyə imza atacaq. Çünki xalqımızın birmənalı seçimi dövlətimizin başçısı İlham Əliyevdir”.
Görüşdə çıxış edən kənd sakinləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

