Azərbaycan diplomatiyası: sülh, sabitlik və regional perspektivlər
16.08.2025 [19:37]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Avqustun 7–8-də Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri Azərbaycan diplomatiyasının müasir tarixində ən mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşlər və imzalanmış sənədlər bir tərəfdən Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəldərkən, digər tərəfdən Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində ciddi irəliləyişlərə zəmin yaratdı. Səfərin nəticələri həm ikitərəfli, həm də regional kontekstdə uzunmüddətli siyasi və iqtisadi təsirlərə malikdir.
Səfərin əsas siyasi hadisəsi Azərbaycan ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli Sammit oldu. Bu mühüm görüşdə tərəflər Cənubi Qafqazda davamlı sülhün təmin olunması, sərhədlərin tanınması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlıq perspektivləri barədə müzakirələr apardılar. Sammitin yekunu olaraq, Azərbaycan və Ermənistan liderləri tərəfindən, şahid qismində ABŞ Prezidenti Donald Trampın da imzası ilə Birgə Bəyannamə qəbul edildi.
Bu sənəd Azərbaycanın illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmən dəstəklənməsini təsdiqləməklə yanaşı, prosesin növbəti mərhələsinə keçid üçün hüquqi və siyasi çərçivə formalaşdırdı. Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və yaxın müddətdə imzalanıb ratifikasiya olunması üçün əlavə tədbirlərin görülməsi barədə razılıq əldə olundu.
Səfər çərçivəsində atılan ən mühüm addımlardan biri də uzun illər Cənubi Qafqazda sülh prosesində formal rol oynayan, lakin real nəticə verməyən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmi olaraq dayandırılması qərarı oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladığı birgə müraciət məktubu ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edildi. Bu, 2020-ci ildən bəri Azərbaycan diplomatiyasının gündəliyində olan və normallaşma prosesinin qarşısında duran ən ciddi maneələrdən birinin aradan qaldırılması baxımından tarixi əhəmiyyət kəsb edir.
Birgə Bəyannamədə iki ölkə arasında bütün nəqliyyat-kommunikasiya xətlərinin bərpası və açılması məsələsinə xüsusi diqqət yetirildi. Xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi regional iqtisadi inteqrasiya üçün vacib addım kimi vurğulandı. Bu çərçivədə Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı xüsusi infrastruktur layihəsinin həyata keçirilməsi qərara alındı. ABŞ-ın maliyyə və texniki dəstəyi ilə reallaşacaq bu layihə yalnız nəqliyyat əlaqələrini bərpa etməklə kifayətlənməyəcək, həm də regionda ticarət, turizm və logistika imkanlarını genişləndirəcək. Beləliklə, iqtisadi əməkdaşlıqla paralel olaraq siyasi sabitlik və qarşılıqlı asılılıq güclənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Memoranduma görə, növbəti 6 ay ərzində hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini hədəfləyir. Bu, Azərbaycan–ABŞ əlaqələrinin institusional əsasda uzunmüddətli və çoxşaxəli şəkildə inkişafı üçün mühüm mexanizm yaradacaq.
Səfər zamanı ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması xüsusi diqqət çəkən qərarlardan oldu. 1992-ci ildən qüvvədə olan bu məhdudiyyət Azərbaycan–ABŞ münasibətlərinə mənfi təsir göstərmişdi. İndi isə bu addım tarixi ədalətsizliyin aradan qaldırılması ilə yanaşı, iki ölkə arasında yeni siyasi etimad mühitinin formalaşmasına şərait yaradır.
İqtisadi sahədə imzalanmış mühüm sənədlərdən biri də SOCAR ilə ExxonMobil korporasiyası arasında bağlanmış “Əməkdaşlıq haqqında Memorandum” oldu. Bu sənəd Azərbaycanda ənənəvi və qeyri-ənənəvi neft-qaz ehtiyatlarının araşdırılması, yeni texnologiyaların tətbiqi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində tərəflərin əməkdaşlıq niyyətini təsdiqləyir. Layihələrin həyata keçirilməsi həm milli iqtisadiyyata, həm də qlobal enerji bazarına müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin ABŞ-a səfəri həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik aspektlərindən strateji əhəmiyyət daşıyır. Vaşinqton Sammitində qəbul edilən qərarlar və imzalanan sənədlər regionda yeni siyasi-iqtisadi reallıqların formalaşmasına zəmin yaradır. Bu səfər Azərbaycanın ardıcıl, məqsədyönlü və praqmatik xarici siyasət kursunun real nəticələrini nümayiş etdirərək, ölkənin beynəlxalq nüfuzunu və strateji tərəfdaşlıq imkanlarını daha da gücləndirdi.
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

