Böyük Qayıdış proqramının canlı nümunəsi
25.08.2025 [13:45]
Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri 2020-ci ildə yazıldı. Qarabağ Zəfəri xalqımıza azadlıq, dövlətimizə qürur, torpaqlarımıza isə yenidən həyat bəxş etdi. Hər azad olunan bölgə bu qələbənin canlı rəmzi kimi tarixi yaddaşımıza həkk olundu. Avqustun 21-də cənab Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri, yeni mənzillərin sakinlərə təqdim olunması və dövlət başçısının tarixi çıxışı həm azadlığın, həm də quruculuğun təntənəsinə çevrildi.
Kəlbəcər Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, strateji mövqeyi ilə də diqqət çəkir. Lakin bu torpaqlar uzun illər işğal altında qaldı, əhalisi yurdlarından didərgin düşdü. Ermənilərin törətdiyi vəhşiliklər, evlərin yandırılması, kəndlərin yerlə-yeksan edilməsi tarixə qanlı səhifə kimi düşdü. Cənab Prezident İlham Əliyev səfər zamanı bu acı həqiqətləri xatırladaraq dedi: “Ermənilər bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər. Burada bir dənə də salamat bina qalmamışdı. Məqsəd o idi ki, azərbaycanlılar heç vaxt geri qayıtmasınlar.” Dövlət başçısı çıxışında bir daha beynəlxalq vasitəçilərin, xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətini sərt tənqid etdi. Onun sözlərinə görə, uzun illər aparılan danışıqların mahiyyəti işğalın əbədiləşdirilməsinə xidmət edirdi: “Onların məqsədi işğalı əbədi etmək idi. Ancaq Azərbaycan xalqı buna imkan vermədi. Biz öz torpağımızı öz gücümüzlə azad etdik, heç kim bizə kömək etmədi.” Bu sözlər bir həqiqəti təsdiqləyir: Azərbaycan xalqının iradəsi, dövlətin qətiyyəti və Ordunun qüdrəti sayəsində tarixi ədalət bərpa olundu. Qələbənin hərbi əsaslarından danışan cənab Prezident vurğuladı ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi formalaşıb. Yeni nəsil silahlar, müasir texnologiyalar və yüksək döyüş ruhu bu Zəfəri təmin etdi: “Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib və bu, Zəfərimizin əsas amillərindən biridir.” Bu, həm də gələcək üçün güvənc mesajıdır: Azərbaycanı heç kim hədələyə və təhdid edə bilməz. Kəlbəcərdə yeni mənzillərin istifadəyə verilməsi, infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi Böyük Qayıdış proqramının canlı nümunəsidir. Yeni evlərin açarlarını alan insanların gözlərində sevinc, qürur və minnətdarlıq var idi. Cənab Prezidentin sözləri isə bu xoşbəxtliyin rəsmi təsdiqi oldu: “Bizim əsas amalımız budur ki, hər bir azərbaycanlı öz doğma torpağında xoşbəxt yaşasın.”
Doğrudur, Kəlbəcər illərlə dağıdılıb, lakin bu gün həmin yerlərdə həyat yenidən dirçəlir. Yeni məktəblər, xəstəxanalar, yollar, elektrik stansiyaları, kənd təsərrüfatı layihələri – bütün bunlar dövlətin əzmini göstərir. Cənab Prezident İlham Əliyev çıxışında bu barədə də dedi: “Kəlbəcər rayonunun təbii imkanları Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Bu torpaqlar yenidən çiçəklənəcək.”
Səfərdə bir daha aydın göründü ki, Ermənistanın illərlə törətdiyi vandalizm və beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Cənab Prezidentin sözləri bu həqiqəti dərin məna ilə ifadə edir: “Əgər biz güclü dövlət qurmasaydıq, əgər biz güclü ordu yaratmasaydıq, heç vaxt torpaqlarımızı azad edə bilməzdik.”
Son olaraq deməliyəm ki, Kəlbəcər səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti yalnız işğaldan qurtulmaqla kifayətlənməyib, həm də həyatın bərpası, yenidənqurma, rifah və ədalət yolunda inamla addımlayır. Bu torpaqlara həyat qayıdır, doğma yurduna dönən insanlar dövlətin himayəsi altında xoşbəxt gələcək qururlar. Beləliklə cənab Prezident İlham Əliyevin səfəri həm qələbənin, həm də quruculuğun təntənəsi idi. Azərbaycan xalqı artıq əmindir ki, bu torpaqlarda işğal və viranəlik yox, əbədi azadlıq, sülh və firavanlıq hökm sürəcək.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər. Sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər. Qürurverici haldır ki, bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək. Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır. Həmçinin kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

