Seçkilərdə Prezident İlham Əliyevlə rəqabət apara biləcək namizəd yoxdur
28.09.2013 [11:04]
Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı prezident seçkilərinin təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. Tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və professor Samir Vəliyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir: “Biz Prezident İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanacağına əminik”.
Təşkilat sədri əlavə edib ki, ötən 10 il ərzində həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilib, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir. Onun sözlərinə görə, bütün bu faktların nəticəsidir ki, hazırda Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. “Seçiciləri qarşıdan gələn prezident seçkilərində aktiv iştirak etməyə və partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, T.Tağıyev qeyd edib.
Çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Onun sözlərinə görə, Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir: “Bir məqama da xüsusi diqqət yetirmək gərəkdir ki, həyata keçirilən praqmatik xarici siyasət kursunun fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bütün resurslardan səmərəli istifadə edilməkdədir. Prezident İlham Əliyevin timsalında dəfələrlə qeyd edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək. Onu da vurğulamaq istəyirəm ki, bu illər ərzində Azərbaycan xalqının sülh tərəfdarı olduğu, münaqişənin dinc yolla həllini istədiyi və beynəlxalq hüquq normalarına əsaslandığı sübut olunub. Azərbaycan xalqı daim humanist ənənələri yaşadan, sülh tərəfdarı olan bir toplum kimi çıxış edir və bu hal-hazırda dünya ictimaiyyəti tərəfindən də təqdir edilir. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Bu il ərzində bu sahədə yenə də artımlar oldu. Yəni, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir. Xüsusilə, mən qadınları, anaları bu prosesdə fəal olmağa çağırıram. Onlar seçkilərdə öz sözlərini deməlidirlər”.
Milli Məclisin deputatı Adil Əliyev çıxışında bildirib ki, artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Onun sözlərinə görə, yüksək beynəlxalq nüfuza və pozitiv imicə malik olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış etməkdədir: “Son zamanlar ölkəmizdə çoxsaylı qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi, çoxtərəfli təmasların yaradılması Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməkdədir. Dövlətimiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və Avrasiya geosiyasi məkanının nüfuzlu dövlətləri Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirlər”.
Azərbaycanın hərtərəfli inkişaf etdiyini deyən millət vəkilinin fikrincə, bu inkişafın davamlı olması üçün seçkilərdə İlham Əliyevə səs verməliyik.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxışında bildirib ki, ictimai-siyasi sabitlik olmadan hər hansı inkişaf mümkün deyil. Ölkə rəhbərinin bu sabitliyin qarantı olduğunu deyən M.İbrahimovanın sözlərinə görə, bu seçkilərdə qadınların seçimi Prezident İlham Əliyevdir.
Odlar Yurdu Universitetinin prorektoru, professor Samir Vəliyev bildirib ki, seçkilərdə iştirak etmək hər bir vətəndaşın konstitusion hüququdur. Onun sözlərinə görə, səs vermək bizim vətəndaşlıq borcumuzdur: “Hazırki seçkilərdə namizədlərə diqqət yetirsək görərik ki, cənab İlham Əliyevlə rəqabət apara biləcək şəxs yoxdur. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir”.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova çıxışında bildirib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tərəqqisinin zirvəsinə yüksəlib. Təhsil işçisi olduğunu deyən M.Məmmədovanın sözlərinə görə, bu illər ərzində ölkəmizdə təhsil sahəsində əhəmiyyətli addımlar atılıb: “10 il ərzində təhsil sahəsinə aid 50-dək normativ-hüquqi sənəd təsdiq olunub, 16 Dövlət proqramı qəbul olunub. 10 il ərzində ölkədə 2700 məktəb tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. İnanıram ki, bu uğurların şahidi olan bütün təhsil işçiləri seçkilərdə cənab İlham Əliyevə səs verəcək”.
Digər çıxış edənlər də qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

