Cəbrayıl torpaqlarına yeni həyat qayıdır
03.10.2025 [13:47]
Məlumdur ki, ölkəmizin tarixi və mədəni zənginliyi ilə tanınan şəhər və rayonları sırasında Cəbrayıl rayonu xüsusi əhəmiyyət kəsb edir. Rayonun tarixi abidələri və mədəni irsi strateji əhəmiyyətini göstərir. İstər musiqi, ədəbiyyat və sənətkarlıq sahələrinin qolları Azərbaycan mədəni irsində mühüm rol oynayır. Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü tarixi əhəmiyyəti ilə yanaşı strateji obyektdir. Uzun illərdən sonra Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması ilə bağlı Cənab Prezident İlham Əliyevin fikirləri bir daha onu deməyə əsas verir ki, Cəbrayılın işğaldan azad olunması ordumuzda böyük ruh yüksəkliyi yaratdı: "Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərərək Ermənistan ordusunun Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə istehkamlarını darmadağın etdi. Cəbrayılın işğaldan azad edilməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Ordumuz Cəbrayılın ardınca Xocavənd rayonunun cənub kəndlərini işğaldan azad etdi və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəlilədi. Üstəlik Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonlarının cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü".
Onu da qeyd edək ki, uzun illər işğal altında olan Cəbrayılda ermənilər vandal siyasəti həyata keçirib. Rayonda yerləşən “Divlər sarayı” mağarası, “Məscid təpəsi”, arxeoloji türbələr, məscidlər və məqbərələr də daxil olmaqla çoxsaylı tarixi və mədəniyyət obyektləri zədələnmiş və ya tamamilə dağıdılmışdır.
Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günü təsis edilməsi, həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd edilməsi olduqca qürurverici hadisədir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Cəbrayıl rayonuna səfərlər edib. Ölkə başçımız bu səfərlər zamanı çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib.
Ən əsası, artıq cəbrayıllılar daha gözəl, müasir Cəbrayıla, öz ata yurdlarına dönürlər. Cəbrayıl artıq yeni dövrünü yaşayır. Bərpa və firavanlıq dövründə rayonun infrastrukturu yenidın qurulur. Bölgənin yenidən qurulması, mədəni irsinin bərpası və sakinləri üçün imkanların yaradılması səyləri bu rayonun tarixinin qorunub saxlanılmasına sarsılmaz sadiqliyi əks etdirir.
İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

