Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir
13.10.2025 [14:25]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan regionda qarşılıqlı etimada, mehriban qonşuluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasət yürüdür. Dövlət başçımızın çıxışı həm regional, həm də ikitərəfli münasibətlər kontekstində dərin məzmun kəsb edir və xüsusilə Tacikistan ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin müsbət dinamikasını bir daha təsdiqləyir.
Azərbaycan və Tacikistanı qədim tarix, ortaq mədəni köklər, mənəvi dəyərlərə hörmət və qarşılıqlı anlaşma ruhu birləşdirir. Bu əlaqələr son illərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanmış sənədlər və artan siyasi dialoq sayəsində yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Azərbaycan Tacikistan ilə münasibətlərin bütün sahələrdə ardıcıl inkişafına xüsusi önəm verir.
Bu gün iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və səmimi dostluq münasibətləri ikitərəfli əməkdaşlığın strateji əsasını təşkil edir. Ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq gündən-günə genişlənir. Tacikistan Prezidentinin bu ilin əvvəllərində Bakıya rəsmi səfəri zamanı imzalanmış sənədlər paketi əlaqələrimizin yeni mərhələyə keçidini təmin edib.
Xüsusilə nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi regionun inteqrasiyasına mühüm töhfə verir. Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən ticarət yolları üzərində yerləşən Azərbaycan və Tacikistan, nəqliyyat-logistika layihələrində fəal əməkdaşlıq edərək, həm ikitərəfli, həm də çoxtərəfli əmək münasibətlərinin inkişafına xidmət edir.
Humanitar və mədəni əlaqələr də xalqlarımız arasındakı dostluq körpüsünü möhkəmləndirir. Mədəniyyət günlərinin keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, gənclər arasında mübadilə proqramları qarşılıqlı anlaşmanı daha da dərinləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbə çıxışında MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, üzv dövlətlər arasında etimad mühitinin qorunub saxlanmasının əhəmiyyəti də xüsusi vurğulandı. Bu, Azərbaycanın xarici siyasətində sülh, sabitlik və tərəfdaşlığa əsaslanan yanaşmanın növbəti təzahürüdür.
Bu gün Tacikistan ilə Azərbaycan münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, həm də regional sabitlik və inkişaf baxımından mühüm nümunədir. İki dost ölkə arasında yaranmış qarşılıqlı anlayış və əməkdaşlıq gələcəkdə daha böyük layihələrin reallaşmasına, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, Mərkəzi Asiya regionu ilə əlaqələrdə də etibarlı tərəfdaş, sülh və inkişafın təminatçısı kimi öz mövqeyini möhkəmləndirməkdə davam edir. Tacikistan ilə münasibətlərimizin ardıcıl inkişafı isə bu siyasətin bariz göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22

