Vətən Sevgisinin Zəngilan Zirvəsi
20.10.2025 [14:56]
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra sovet Rusiyasının təkidi ilə Zəngəzur qəzası Azərbaycandan alınaraq, Ermənistana birləşdirildi. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bunu da qeyd edək ki, Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu olmuşdur. Zəngilan qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşmüşüdü. Yalnız bundan sonra rayon əhalisi Araz çayından İran ərazisinə keçməklə öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı.
2020-ci ilin 27 sentyabr tarixində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə Vətən müharibəsinə başlayan Azərbaycan Silahlı Qüvvələrinin hissələri hərbi əməliyyatların gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsilə ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Artıq oktyabrın 20-də cənab Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Zəngilanda da möhtəşəm bərpa-quruculuq işləri aparılır. Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Hazırda bu potensialın reallaşdırılması məqsədilə bölgənin yol infrastrukturu surətlə şaxələndirilir. Həmçinin bölgədə sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirilir və tezliklə beynəlxalq nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34

