Azərbaycan-Qazaxstan münasibətləri yeni mərhələdə
21.10.2025 [15:20]
Prezident cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə "Kazinform" agentliyinə verdiyi müsahibə bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirməklə, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın bir siyasi baxışı ifadə etdi. Azərbaycan–Qazaxıstan əlaqələrinin təməlində qarşılıqlı etimad və dövlət başçıları səviyyəsində formalaşan səmimi münasibətlər dayanır. Bu müsahibədə dövlət başçısının səsləndirdiyi fikirlər iki qardaş ölkə arasındakı münasibətlərin hazırda yüksək səviyyədə olduğunu və möhkəm təməllər üzərində qurulduğunu ifadə edir. Prezident İlham Əliyevin qardaş Qazaxıstana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı verdiyi açıqlamaları bir daha göstərir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir.
Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, mütəmadi təmaslar və aktual məsələlərin müzakirəsi bu münasibətlərin səmərəsini aydın şəkildə göstərir. Prezident İlham Əliyevin “Kazinform” İnformasiya Agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi: “Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.”
Ölkələrimiz arasında qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə 470 milyon dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında 547 milyon dollara çataraq üç dəfə artım nümayiş etdirib. Bu, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, infrastrukturun modernləşdirilməsi və birgə layihələrin səmərəliliyinin nəticəsidir. Azərbaycan investisiyalarının Qazaxıstana həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər uzunmüddətli tərəfdaşlığın davamlı inkişafını və qarşılıqlı maraqları əks etdirir. İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir.
Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı iki ölkə arasında qardaşlıq əlaqələrinin güclənməsində daha mühüm rol oynayır. Ölkə başçımızın qeyd etdiyi kimi, 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat türk dünyasının siyasi, iqtisadi və humanitar birliyinin əsas dayağına çevrilib.TDT-nin Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri, qəbul edilən sənədlər və imzalanan bəyannamələr Türk dövlətlərinin həmrəyliyinin artmasına xidmət edir. TDT çərçivəsində Azərbaycanla Qazaxıstan arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq da sistemli və ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir; mədəni əlaqələrin inkişafı qardaşlıq bağlarının möhkəmlənməsində mühüm rol oynayır.” Beləliklə, birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkili, elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığın olması təkcə iki ölkə arasında deyil, ümumilikdə Türk dünyasında ortaq mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərin milli kimlik ruhunda tərbiyəsinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri isə bu əlaqələrin yeni mərhələyə yüksəlməsi və strateji əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

