Azərbaycanın inkişafı Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır
05.10.2013 [11:33]
Xəzər rayonu Mərdəkan qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Xəzər rayonunda uğurla davam edir. Dünən kampaniya çərçivəsində YAP Xəzər rayon təşkilatı Mərdəkan qəsəbəsində seçicilərlə növbəti görüş keçirib. Görüşdə əsasən ziyalılar, elm xadimləri, təhsil işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, xalqımız oktyabrın 9-da növbəti 5 il üçün taleyini müəyyən edəcək. Onun sözlərinə görə, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz günü-gündən inkişaf edib və əldə olunan nailiyyətlər göz önündədir: “Cənab İlham Əliyev uğurlu fəaliyyəti ilə bu seçkilərdə qələbəsini artıq təmin edib”.
Görüşdə çıxış edən YAP-ın Sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, son 10 ildə ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib: “Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən, elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. Regionların inkişaf proqramları uğurla icra edilir. Bakıətrafı kəndlərin, eləcə də, regionlarımızın sosial və iqtisadi məsələlərinin həlli üçün çox müfəssəl Dövlət proqramları qəbul edilir. Azərbaycan gözəlləşir, abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir”.
AMEA-nın prezidenti qeyd edib ki, bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır: “Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Hazırda, AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır. İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir.
Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə Prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər edib”.
A.Əlizadə bu ilin dekabr ayında AMEA-nın yeni kitabxanasının açılışının olacağını və bu kitabxananın müasir standartlara tam cavab verəcəyini deyib. O, əmin olduğunu bildirib ki, qarşıdan gələn seçkilərdə xalqımız inkişaf və tərəqqi siyasətinə-İlham Əliyevə səs verəcək.
Daha sonra çıxış edən Xəzər rayon Ağsaqqallar Şurasının üzvü Cümşüd Muradov Prezident İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, Xəzər rayonu da daxil olmaqla dövlət başçısı mütəmadi olaraq bölgələrə səfərlər edir və burada insanlarla görüşlər keçirərək onların problemlərini dinləyir: “Hesab edirəm ki, bütün bunları görməyənlər ancaq nankor olmalıdır”.
C.Muradov bildirib ki, seçkilərdə cənab İlham Əliyevin böyük qələbə qazanacağına heç bir şübhə yoxdur.
Milli Aviasiya Akademiyasının dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazim Nağıyev çıxışında bildirib ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. 1990-cı illərin əvvəlində Azərbaycanın düşdüyü ağır vəziyyəti xatırladan N.Nağıyevin sözlərinə görə, məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması nəticəsində dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas olub. O qeyd edib ki, bu proseslərdə cənab İlham Əliyev hər zaman Ulu öndərimizlə çiyin-çiyinə fəaliyyət göstərib. “Ulu öndər Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri İlham Əliyev kimi şəxsiyyəti yetişdirməsidir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır. Bu səbəbdən də, xalqımız bu seçkilərdə Onu birmənalı şəkildə dəstəkləyir. Amma ölkəmizdəki seçkilər bütün dünyanın diqqətindədir. Ona görə də, hamımız bu seçkilərdə fəal iştirak etməli, beynəlxalq aləmə Azərbaycanda yüksək demokratik cəmiyyətin mövcud olduğunu nümayiş etdirməliyik” - deyə, N.Nağıyev vurğulayıb.
Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışında Prezident İlham Əliyevin son 10 il ərzində ölkəmizin inkişafı naminə həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. O bildirib ki, bu seçkilərdə cənab İlham Əliyevin alternativi yoxdur.
Milli Məclisin deputatı Rauf Əliyev çıxışında Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini bildirib. Müxalifətin namizədlərinin təbliğat kampaniyasında qərəzli məlumatlar yaydığını deyən R.Əliyevin sözlərinə görə, onlar ölkəmizdəki bu inkişafı görməməzliyə vururlar. “Amma onlar indiki iqtidarın siyasətinə alternativ olaraq heç bir proqram ortaya qoya bilmirlər. Bununla bir daha sübut olunur ki, bu gün ölkəmizdə tam düzgün siyasət həyata keçirilir. Mən inanıram ki, xalqımız bu uğurların davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verəcək və 9 oktyabr 2013-cü il xalqımızın qələbəsi kimi tariximizə düşəcək” - deyə, millət vəkili vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

