Azərbaycan–Qazaxıstan əməkdaşlığının strateji xəritəsi
22.10.2025 [23:30]
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində xüsusi yer alan istiqamətlərdən biri nəqliyyat-logistika və enerji sahəsindəki əməkdaşlıqdır. Dövlət başçısı bildirib ki, bu sahələr regional iqtisadi inteqrasiyanın və Orta Dəhliz layihəsinin dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. 2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının 20 faiz artması və 3,5 milyon tonu keçməsi, həmçinin nəqliyyat infrastrukturunun sistemli modernləşdirilməsi bu əməkdaşlığın real nəticəsidir.
Aktauda 2022-ci ildə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında imzalanmış Orta Dəhlizin inkişafına dair Yol Xəritəsi regionun tranzit potensialını artıran mühüm sənəd kimi dəyərləndirilir. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi üzrə imzalanmış müqavilə rəqəmsal inteqrasiyanın genişlənməsinə, rəqəmsal dəhlizin formalaşmasına və informasiya təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.
Enerji sahəsində SOCAR və “KazMunayQaz” şirkətləri arasında imzalanmış sazişlər, xüsusilə Aktau–Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranziti istiqamətində əməkdaşlığın dərinləşməsi, Xəzər regionunu Avropa enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevirir. Paralel olaraq, yaşıl energetika üzrə birgə təşəbbüslər – Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə dair razılaşmalar ekoloji baxımdan dayanıqlı inkişafın regional prioritetə çevrildiyini nümayiş etdirir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji çərçivəsində oynadığı rolu da xüsusi qeyd edib. Naxçıvanda yaradılan bu Təşkilat artıq türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın aparıcı platformasına çevrilib. Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri isə Türk dünyasının vahid mövqeyinin formalaşmasında tarixi mərhələ kimi qiymətləndirilib.
TDT çərçivəsində mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq geniş vüsət alıb. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və TÜRKPA kimi qurumların fəaliyyəti ortaq elmi-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Gələn il Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması da bu baxımdan simvolik əhəmiyyət daşıyır.
Mədəni-humanitar müstəvidə həyata keçirilən layihələr xalqların mənəvi yaxınlığını daha da gücləndirir. Son illərdə keçirilən Mədəniyyət Günləri, ədəbiyyat nümunələrinin qarşılıqlı tərcüməsi və birgə yubileylər iki ölkənin yaradıcı əlaqələrinin inkişafına töhfə verir.
Prezident İlham Əliyev Xəzər dənizində yaranmış ekoloji təhlükələrə də diqqət çəkərək, su səviyyəsinin azalmasının regional risklər doğurduğunu bildirib. Dövlət başçısının fikrincə, bu proses yalnız iqlim dəyişikliyi ilə deyil, həm də ekoloji tarazlığın pozulması ilə bağlıdır və Xəzəryanı ölkələrin birgə məsuliyyətini tələb edir. Azərbaycan bu istiqamətdə koordinasiyalı tədbirlərin hazırlanmasını, elmi məlumat mübadiləsinin gücləndirilməsini və biomüxtəlifliyin qorunması üçün beynəlxalq təşəbbüslərin irəli sürülməsini zəruri sayır.
Beləliklə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı strateji səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən konseptual baxışın ifadəsi kimi qiymətləndirilməlidir. Bu yanaşma həm ikitərəfli əməkdaşlığın dərinliyini, həm də Türk dünyasının birliyinə və regional sabitliyə xidmət edən yeni geosiyasi reallığın formalaşmasını nümayiş etdirir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sdər müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

