Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər
24.10.2025 [16:19]
Azərbaycanın sıx tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan mədəni və dini ortaqlıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20-21 oktyabrda Qazaxıstan Respublikasına dövlət səfəri və səfər çərçivəsində iki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sənədlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır.
Dövlətimizin başçısı Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında və mətbuata bəyanatında iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı.
Cənab Prezident qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Onu da qeyd edim ki, ölkələrimiz təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür.
Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdə açdıq, Qarabağ bölgəsinin inkişafı və bərpası işinə belə bir töhfəyə görə çox minnətdarıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır”.
Ortaq tarixə, mədəniyyətə malik olan iki türk dövləti olan Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.
Akif Əliyev
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16

