Sumqayıt şəhərində böyük seçici fəallığı müşahidə olunub
10.10.2013 [18:01]
Seçki prosesini izləyən beynəlxalq müşahidəçilər seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini bildiriblər
Dünən Azərbaycan Respublikasında növbəti prezident seçkiləri keçirilib. Seçici fəallığı ilə müşahidə olunan prosesdə Azərbaycan xalqı öz siyasi iradəsini nümayiş etdirərək növbəti 5 il üçün ölkə rəhbəri postu uğrunda 10 namizəddən birinə səs verib.
Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur və hər bir vətəndaş öz azad seçib-seçilmək hüququndan aktiv formada istifadə edir. Seçkiləri izlədiyimiz Sumqayıt şəhərində də seçkilər azad, demokratik, şəffaf keçib. Xatırladaq ki, Sumqayıt şəhərində 4 seçki dairəsi mövcuddur. Sumqayıt 41 saylı birinci seçki dairəsində 39 seçki məntəqəsi mövcuddur ki, orada 43097 seçici səs verir. 42 saylı ikinci Sumqayıt seçki dairəsində isə 36 seçki məntəqəsi mövcuddur. Bu dairədə seçicilərin sayı 42432 nəfərdir. 43 saylı üçüncü Sumqayıt seçki dairəsində isə 33 seçki məntəqəsi var. Buradakı seçicilərin sayı isə 43206 nəfər təşkil edir. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində 35 seçki məntəqəsi fəaliyyət göstərir ki, həmin seçki məntəqələrində 46734 seçici səs vermək hüququna malikdir.
Böyük seçici aktivliyi ilə müşahidə olunan 2013-cü il prezident seçkiləri yüksək demokratik prinsiplər və seçici fəallığı ilə baş tutub.
Seçkiləri müşahidə etdiyimiz 42 saylı ikinci seçki dairəsində seçici aktivliyi xüsusilə yüksək olub. Dairənin 2 saylı və 3 saylı seçki məntəqələrində səsverməni izlədiyimiz vaxtda seçicilərin öz səsvermə hüququndan aktiv formada istifadə etdiyinin və məntəqələrə gələrək səs verdiklərinin şahidi olduq. 2 saylı Məntəqə Seçki Komissiyasının sədri Maya Abdulova bildirib ki, seçici fəallığı olduqca yüksəkdir. Bundan başqa MnSK sədri deyib ki, 2 saylı məntəqədə veb-kamera quraşdırılıb və seçkinin şəffaf, azad, demokratik şəkildə keçirilməsinə hər cür şərait yaradılıb. MnSK-nın VBP-dən olan komissiya üzvü İlhamə Yarıyeva bildirib ki, seçkilər olduqca yüksək səviyyədə keçir. Məntəqədə müşahidə aparan müşahidəçilər də seçkinin gedişatından razılıqlarını bildiriblər. BAXCP-dən olan müşahidəçi Əli Həsənov bildirib ki, seçkilərə heç bir müdaxilə yoxdur və proses olduqca normal səviyyədə keçir.
Həmin dairənin 3 saylı MnSK sədri Fikrət Qasımov da bildirib ki, seçkilər yüksək səviyyədə keçir, seçicilər azad şəkildə gəlib öz mövqelərini bildirirlər, istədikləri namizədə səs verirlər. Qeyd edək ki, həmin məntəqələrin önündə “ELS” təşkilatı Exit-Poll keçirib.
42 saylı ikinci Sumqayıt seçki dairəsinin 28 saylı məntəqəsində məntəqə sədri Natiq Ağayev yüksək seçici fəallığının nümayiş olunduğunu deyib. İnsanların azad və demokratik şəkildə məntəqəyə gəlib səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqədə olduğumuz zaman öyrəndik ki, “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənovun müşahidəçisi Firuddin Əhmədli təxribat törətməyə cəhd göstərib, məntəqə açılmamış məntəqə komissiyasının üzvlərini, eləcə də, səs vermək üçün gözləyən insanları təhqir edib, eləcə də, Seçki Məcəlləsinin tələblərinə zidd olaraq Cəmil Həsənovun təbliğatını aparıb. F.Əhmədli hələ məntəqə açılmamış, saat 7:30-da oradakı digər müşahidəçilərə qarşı aqressiv davranıb. Saat 10:40-da isə “Milli şura”nın Sumqayıt şəhərində səlahiyyətli nümayəndəsi F.Əhmədlini məntəqədən götürüb aparıb. Təxribat hərəkəti ilə bağlı məntəqə sədri N.Ağayev akt tərtib edib.
Qeyd edək ki, digər müşahidəçilər-ASDP-dən Yeganə Hümmətova, BXCP-dən Mehbarə Qurbanova, YAP-dan Süleyman Babayev vurğulayıblar ki, seçki prosesi demokratik şəraitdə keçirilib.
43 saylı üçüncü Sumqayıt şəhər seçki dairəsinin 26 saylı məntəqəsində də bu aktivlik və şəffaflıq nümayiş olunub. Belə ki, məntəqə sədri Tahir Xəlilov qeyd edib ki, oktyabrın 9-u saat 15:00-da 1287 seçicidən 600-ə qədəri öz səsvermə hüquqlarından istifadə ediblər. Müşahidəçilər də seçkilərdə hər hansı müdaxilənin, yaxud arzuolunmaz halların baş vermədiyini, prosesin demokratik dəyərlərə cavab verdiyini vurğulayıblar.
YAP üzvü, məşvərətçi səs hüquqlu komissiya üzvü Ağca Mansurova qeyd edib ki, Azərbaycanda mövcud olan demokratiya seçkilərin şəffaf və ədalətli keçirilməsini təmin edir.
Digər müşahidəçi ASDP üzvü Xeyrulla Əbilov da uğurlu seçki prosesindən razı qaldığını qeyd etdi. Onu da bildirək ki, məntəqənin həyətində “Rəy” monitorinq qrupunun Exit-Poll-u keçirilib. Qrup üzvləri seçicilərin fəallığını və cənab İlham Əliyevə daha çox səs verildiyini xüsusi qeyd ediblər.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin 9 saylı məntəqəsində də eyni coşqu hissi yaşanıb. Məntəqə sədri Filman İsmayılov bildirib ki, seçkilər uğurla keçir. Belə ki, saat 14:30 radələrində 1468 seçicidən 800-ə qədəri artıq öz səsvermə hüquqlarından istifadə ediblər ki, bu da seçici fəallığının bariz nümunəsi kimi dəyərləndirilir.
Eləcə də müşahidəçilər - prezidentliyə namizədliyini irəli sürmüş Zahid Orucun nümayəndəsi Elnarə Həsənova, YAP-dan olan müşahidəçi Mahirə Məmmədova, ASDP-dən seçkiləri müşahidə edən Natəvan Məhərrəmova qeyd ediblər ki, onlar da prosesin gedişatından razıdırlar və seçkilərin azad, şəffaf keçirilməsində heç bir problemlə qarşılaşmayıblar.
41 saylı Sumqayıt şəhər seçki dairəsinin 21 saylı məntəqəsinin sədri Ofelya Babayeva da vurğulayıb ki, saat 16:00 radələrində 863 seçicidən 600-dən çoxu məntəqəyə gələrək öz səslərini istədikləri namizədə veriblər. Seçkilər demokratik və ədalətli şəkildə keçirilir. Bunu müşahidəçilər də qeyd ediblər. Belə ki, “Milli şura” namizədinin AXCP-dən olan müşahidəçisi Elşən Ağayev prosesdə heç bir problemlə qarşılaşmadıqlarını, seçkilərin azad və şəffaf şəraitdə keçirildiyini bildirdi. BXCP üzvü olan müşahidəçi Nərgiz Mehdiyeva da digər müşahidəçilər kimi prosesin tam demokratik və ədalətli keçirildiyini vurğuladı.
41 saylı birinci Sumqayıt seçki dairəsinin 22 saylı məntəqəsində də eyni proses davam edib. Məntəqə sədri Lyubov İsmayılova bildirib ki, seçki prosesi demokratik və şəffaf şəkildə keçir. Müşahidəçilər - BAXCP üzvü Məhbubə İsgəndərova, YAP üzvü Şəlalə Abdullayeva, Zahid Orucun müşahidəçisi Təhminə Abbasova vurğulayıblar ki, onlar seçkilərin azad və şəffaf keçirilməsindən, seçicilərin aktivliyindən tamamilə razıdırlar.
Qeyd edək ki, Sumqayıt şəhərində seçki prosesini izləyən beynəlxalq müşahidə missiyalarının üzvləri də seçkilərin şəffaf və demokratik prinsiplər əsasında reallaşdığını bildiriblər. Sumqayıt şəhərində seçki prosesini izləyən Bolqarıstan parlamentinin üzvü Hamit Hamit qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda keçirilən seçkilər yüksək standartlara malikdir. Avropalı müşahidəçi bildirib ki, seçki prosesinin təkmilləşdirilməsi üçün mühüm işlər görülüb: “Fikrimcə, bu gün Azərbaycanda şəffaf və demokratik seçkilər baş tutur. Mən bir sıra məntəqələrdə olmuşam və hətta paytaxtdan kənarda olan seçki məntəqələrində belə veb-kameraların quraşdırıldığını gördüm. Bu kameralar vasitəsilə də seçkini canlı izləmək mümkündür. Bu isə prosesin açıq və şəffaf olmasına dəlalət edir. Son 20 ildə Azərbaycan böyük demokratiya yolu keçib və inanıram ki, bu seçkilər də ölkənizin inkişafı üçün böyük bir stimula çevriləcək”.
Seçkiləri müşahidə edən MDB seçki müşahidə missiyasının üzvü İlnur Şakirov bildirib ki, seçkilər demokratik şəkildə baş tutur, müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyiblər: “Səhər saatlarından seçkiləri izləyirik. Hələ ki, elə mühüm bir qanun pozuntusu ilə rastlaşmamışıq. Ən əsas, vurğulamaq istədiyim seçici fəallığıdır. Azərbaycan vətəndaşları seçkilərdə aktiv iştirak edirlər”.
Türkiyə BMM-in üzvü, Adana millət vəkili Nejdat Ünükan bildirib ki, ölkəmizdəki seçkilər öz şəffaflığı ilə seçilir: “Mən qardaş ölkə olan Azərbaycanın demokratik yolda inkişafından sevinirəm. Seçkiləri müşahidə etdiyim müddətdə heç bir qanun pozuntusuna rast gəlməmişəm. Müşahidə etdiyim budur ki, insanlar azad şəkildə gəlib öz mövqelərni bildirirlər”.
Türkiyə Böyük Millət Məclisinin üzvü, İstanbul millət vəkili Belma Satır deyib ki, Azərbaycanda keçirilən seçkilər şəffaflığı ilə seçilir. Seçicilərin fəallığı isə olduqca yüksəkdir: “Mən müşahidə etdiyim dövrdə heç bir mənfi xarakterli halla qarşılaşmadım. İnsanlar azad şəkildə gəlib səs verirlər. Əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini ifadə edə bilib”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14

