Xalqa sədaqət, məsuliyyətli xidmət və ədalətə inam
14.11.2025 [14:38]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etməsi dövlət idarəçiliyində göstərilən yüksək diqqətin, kadr siyasətində yenilənmənin və regional inkişaf strategiyasının ardıcıl şəkildə icrasının parlaq nümunəsi kimi dəyərləndirilir. Bu qəbul son illərdə formalaşmış idarəetmə modelinin institusional gücünü, strateji məqsədlərinin davamlılığını və ölkənin modernləşmə kursunun nə dərəcədə uğurla icra edildiyini bir daha sübut edib. Dövlətimizin başçısı tərəfindən səsləndirilən mesajlar həm yeni təyinatların siyasi-ictimai əhəmiyyətini, həm də idarəçilik fəlsəfəsində insan amilinə verilən dəyərin əsas prioritet olduğunu nümayiş etdirir.
Rəhbər vəzifələrə təyin olunan şəxslərə göstərilən böyük etimad ölkədə kadr siyasətinin şəffaf, məqsədyönlü və peşəkarlığa əsaslanan prinsiplərə söykəndiyini göstərir. Bu təyinatlar dövlət idarəçiliyində keyfiyyətin yüksəldilməsi, sosial məsuliyyət hissinin gücləndirilməsi və xalqa xidmət fəlsəfəsinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının “xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” fikrini vurğulaması yeni təyinatların mahiyyətində duran strateji missiyanı aydın şəkildə ortaya qoyur. Eyni zamanda bu proses regional idarəetmədə şəffaflığın, səmərəliliyin və dinamizmin yeni mərhələsinin başlandığını təcəssüm etdirir. Kadr siyasətində yenilənmə dövlətin modern idarəetmə modelinin mühüm tərkib hissəsi olaraq mükəmməl şəkildə həyata keçirilir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən faktlar ölkədə infrastruktur siyasətinin necə sistemli və ardıcıl şəkildə aparıldığını nümayiş etdirir. Son illərdə bütün bölgələrdə elektrik enerjisi təsərrüfatının yenilənməsi, magistral və şəhərlərarası yolların müasir standartlara uyğunlaşdırılması, böyük nəqliyyat layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi dinamizmini daha da gücləndirib. Bu proses nəticəsində bölgələr arasında əlaqəlilik artmış, bazarlar genişləmiş, iqtisadi dövriyyə əhəmiyyətli dərəcədə intensivləşib. Kənd yollarının 70–80 faizinin yüksək keyfiyyətlə təmir edilməsi bölgələri rahat və təhlükəsiz nəqliyyatla təmin edir. İçməli su və suvarma layihələrinin uğurla icrası isə kənd təsərrüfatının dayanıqlı inkişafında əsas dayaqlardan birini təşkil edir.
Son illər ardıcıl şəkildə həyata keçirilən məktəb, xəstəxana, idman obyektləri və digər sosial infrastruktur layihələri ölkədə sosial siyasətin nə dərəcədə məqsədyönlü və sistemli aparıldığını göstərir. Bölgələrdə müasir standartlara cavab verən xəstəxanaların fəaliyyəti əhalinin tibbi xidmətə əlçatanlığını artırmaqla yanaşı, həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Təhsil müəssisələrinin yenilənməsi, idman infrastrukturlarının genişləndirilməsi və sosial xidmətlərin optimallaşdırılması dövlət siyasətinin insan mərkəzli xarakterini daha da gücləndirir.
Sosial ədalətin dövlət idarəçiliyində mərkəzi prinsip kimi müəyyən edilməsi mühüm strateji mesajdır. Dövlətimizin başçısının bütün bölgələrdə, kənd və şəhərlərdə bu prinsipin qorunmasının vacibliyini vurğulaması idarəetmədə ədalət meyarının prioritet olduğunu göstərir. Bu, həm dövlət–vətəndaş münasibətlərində qarşılıqlı etimadı gücləndirir, həm də xidmət mədəniyyətində məsuliyyət və şəffaflıq anlayışını daha da möhkəmləndirir.
Güzəştli kredit proqramları, özünüməşğulluq layihələri və yeni istehsal müəssisələrinin yaradılması regionlarda iqtisadi fəallığın artırılmasında mühüm rol oynayır. Bu addımlar sayəsində minlərlə insan yeni iş yerləri ilə təmin edilib, yerli istehsalın həcmi genişlənib və bölgələrin iqtisadi potensialı daha da möhkəmlənib. Xüsusilə kənd təsərrüfatı və turizm sahələrində həyata keçirilən siyasət regionların iqtisadi strukturunda davamlı yüksəliş üçün yeni imkanlar formalaşdırır.
Doqquz beynəlxalq hava limanının yaradılması, dəmir yolu infrastrukturunun yenilənməsi, qazlaşdırmanın maksimum səviyyəyə çatdırılması, su və suvarma layihələrinin genişləndirilməsi ölkənin bütün bölgələrini müasir standartlara uyğun inkişaf modelinə daxil edib. Bütün bunlar yalnız texniki modernizasiya deyil, həm də rahat həyat şəraiti, təhlükəsiz infrastruktur və yüksək xidmət keyfiyyəti deməkdir. Bölgələrdə mövcud olan müasir infrastruktur ölkənin inkişaf strategiyasının uzaqgörənliyini göstərən ən diqqətçəkən göstəricilərdəndir. Dövlətimizin başçısının vurğuladığı kimi, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar: “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq”.
Beləliklə, Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbulu yeni təyinatların strateji mahiyyətini və idarəetmədə yeni mərhələnin başlandığını nümayiş etdirir. Verilən mesajlar və müəyyən edilən prioritetlər gələcək fəaliyyət üçün tam aydın istiqamət yaradır. Rəhbər şəxslərin bu etimadı öz bilikləri, peşəkarlıqları və xalqa bağlılıqları ilə doğruldacağına dair ifadə olunan inam isə müasir dövlət idarəçiliyində uğurlu inkişafın əsasını təşkil edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23

