Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü Kəlbəcər rayonunda qeyd olunub
21.11.2025 [16:37]
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü Kəlbəcər rayonunda qeyd olunub.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun idarə-müəssisə rəhbərləri,şəhid ailəsi, qazi və YAP fəalları iştirak edib.
İlk öncə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Daha sonra YAP Kəlbəcər rayon Təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 33 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində zamanın tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranmışdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələr, zəfərlər partiyasına çevrilmişdir.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. Ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyd-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir.
Daha sonra çıxış edən natiqlər vurğulayıblar ki, partiya yarandığı ilk gündən hər zaman əsas məqsədi dövlətin suverenliyinin təmin olunması, xalqın rifahının yüksəldilməsi və torpaq bütövlüyümüzün təmin edilməsi olub. Hazırda da partiyanın məhz ən böyük uğuru bizim zəfərimiz, 44 günlük müharibədə və antiterror əməliyatlarında düşmənə qalib gələrək torpaqlarımızın işğaldan azad olunmasıdır. Eyni zamanda qeyd olunub ki, öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyasının ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr vermişdir. Sonda partiya vəsiqələri yeni üzvlərə təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəallarına fəxri fərmanlar verilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

