Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü qeyd olunub
21.11.2025 [16:41]
21 noyabr 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatının iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının çox çətin, ağır bir şəraitdə yaranması tarixindən, 33 ildə keçdiyi zəngin və şərəfli yoldan, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edib. A.Nəbiyev Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanımızın yeni - yeni qələbələr, uğurlar qazanacağına, zaman-zaman öz hədəflərinə çatacağına böyük əminliyini ifadə edib. Sonda rayon təşkilatının sədri bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, partiyanın yarandığı gündən ölkədə cərəyan edən bütün proseslərin mərkəzində olmasından ətraflı danışıb. Rayon İcra Hakimiyyətinin başçısı 21 noyabr 1992-ci il tarixinin məhz, bütün uğurların, qələbələrin, möhtəşəm Zəfərin təməlinin qoyulduğu gün olmasını xüsusi vurğulayaraq, Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində əldə olunan uğurlardan da geniş bəhs edib və tədbir iştirakçılarını təbrik edərək, onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə partiya veteranlarından Məmməd Yusifov, Gülnaz Alişanova, şəhid atası Qədir Əfəndiyev, gənc partiya fəalı Esmira Qəribova, ətraflı çıxış ediblər. Partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına həsr etdikləri şeirlərini səsləndiriblər. Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranları və ərazi partiya təşkilatının sədrləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub və onlara hədiyyələr verilib.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

