Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
24.11.2025 [22:17]
25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, 30 illik torpaq həsrətimizə son qoyuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. İmzalanan birgə Bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist siyasətini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan azad edildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. BMT Təhlükəsizlik Şurasının 27 il sadəcə kağız üzərində qalan 4 qətnaməsi Azərbaycan Ordusu tərəfindən cəmi 44 gündə icra edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik siyasəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. 1993-cü ildə Kəlbəcər rayonunun azərbaycanlı əhalisinin oradan necə zorakılıqla qovulduğunu yada salaq. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. 2020-ci il 25 noyabr tarixində ermənilərin Kəlbəcəri boşaldarkən törətdikləri vandallıq da hər kəsə məlumdur. Ermənilər buranı tərk edərkən evləri yandırdı, meşələrə od vurdu, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər özləri ilə apardı, ağacları doğrayıb daşıdı, evlərə od vurub yandırdılar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə diqqəti yönəldərək bildirmişdi: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. İşğal dövründə digər torpaqlarımız kimi, Kəlbəcər rayonunun da infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Bu gün Kəlbəcər həyatının yeni dövrünü yaşayır. Beş ildir bu torpaqlarımızda dağıntıları quruculuq işləri əvəzləyir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ərazilərimizə hər səfəri tarixi hadisə olmaqla, Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyinin təqdimatıdır. Torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün qürurludur. Tarixi Zəfərimiz erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün dünyaya göstərdi. Cənab İlham Əliyevin Kəlbəcərə reallaşdırdığı 7 səfərin hər biri mühüm hadisələrlə zəngindir. Kəlbəcər doğma sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

