/ / Azərbaycan-Slovakiya əlaqələri qarşılıqlı etimad və strateji əməkdaşlıq əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan-Slovakiya əlaqələri qarşılıqlı etimad və strateji əməkdaşlıq əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
10.12.2025 [14:49]
Dövlət başçısı İlham Əliyevin Slovakiyaya ilk rəsmi dövlət səfəri Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha yüksək mərhələyə keçdiyini təsdiqləməklə yanaşı, Azərbaycanın müasir xarici siyasət prioritetlərinin və regional güc mərkəzi kimi artan rolunun aydın nümayişinə çevrildi. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bugün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində Avropa dövlətləri üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirməkdədir.
Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və 1993-cü ildən diplomatik münasibətlər rəsmi şəkildə qurulub. Həmin dövrdən bu günə qədər əlaqələr ardıcıl, sistemli və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edib. Bratislavanın Bakıda səfirliyinin yaradılması (2019), daha sonra Azərbaycanın Slovakiyada səfirlik açması (2023) münasibətlərin institusional əsasda möhkəmləndirilməsinə xidmət edib. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə münasibətləri ən yüksək siyasi səviyyəyə qaldıraraq əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsi üçün güclü hüquqi baza yaradıb. Slovakiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünü daim qətiyyətlə dəstəkləməsi iki ölkə arasında siyasi etimadın nə qədər möhkəm olduğunu göstərir.
Prezident İlham Əliyevin geniş tərkibli nümayəndə heyəti ilə gerçəkləşdirdiyi Slovakiya səfəri yeni siyasi məzmun kəsb edir və tərəfdaşlığın gələcək konturlarını müəyyən edir. Prezident Peter Pelleqrininin vurğuladığı kimi, səfər ölkələr arasında münasibətlərin inkişaf potensialına güclü siyasi mesajlar verir. Səfər zamanı Azərbaycan Prezidentinin Slovakiya Prezidenti Peter Pelleqrini, Milli Şuranın sədri Rixard Raşi və Baş nazir Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Bu görüşlərdə tərəflər ikitərəfli əlaqələrin bütün sahələrdə genişlənməsindən məmnunluq ifadə etdilər, xüsusən enerji, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və investisiya sahələrində yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə çatdırıldı.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas təchizatçılardan biridir. 2024-cü ildən Slovakiyanın Cənub Qaz Dəhlizinə qoşulması ilə Bratislava Azərbaycanın etibarlı enerji tərəfdaşına çevrilib. Slovakiya Rusiya qazından imtina nəticəsində yaranan çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycan bu ölkə üçün alternativ və stabil enerji mənbəyi kimi strateji əhəmiyyət daşıyır. İqtisadi tərəfdaşlıq Slovakiya–Azərbaycan münasibətlərində əsas prioritetlərdən biridir. Konkret layihələrin artıq icra mərhələsində olması ikitərəfli əməkdaşlığın praktiki nəticələrinin bariz göstəricisidir. 2025-ci ildə Ağdamın Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və yerli tərəfdaş “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisinə başlanılıb. Bu layihə regionun sosial-iqtisadi inkişafına əlavə təkan verəcək və işğaldan azad olunmuş ərazilərin bərpasına beynəlxalq dəstəyin bir nümunəsidir. Slovakiyanın Avropanın avtomobil istehsalı mərkəzlərindən biri olması Azərbaycana yüksəktexnologiyalı sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində beş mühüm sənəd imzalanıb: Konsulluq əməkdaşlığı haqqında Memorandum, Qida təhlükəsizliyi və baytarlıq sahəsində əməkdaşlıq barədə Memorandum, Müdafiə sənayesi üzrə Niyyət Protokolu, Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Memorandum, KOB-lar arasında əməkdaşlıq barədə Memorandum. Bu sənədlər münasibətlərin institusional çərçivəsini daha da möhkəmləndirir və bütün sahələr üzrə əməkdaşlıq mexanizmlərini genişləndirir.
Azərbaycan Şərqlə Qərb arasında ən etibarlı nəqliyyat qovşaqlarından biridir. Orta Dəhliz layihəsi Mərkəzi Asiya ilə Avropanı birləşdirərək Slovakiya üçün yeni nəqliyyat və tranzit imkanları yaradır. Azərbaycanın öz ərazisində əlavə logistika və nəqliyyat infrastrukturuna investisiyaları artdıqca Bratislavanın bu dəhlizdə rolu da genişlənəcək. Azərbaycanın “yaşıl enerji” potensialı 2 giqavat olmaqla növbəti illərdə 8 giqavata qədər artırılacaq. Xəzər–Qara dəniz–Avropa yaşıl enerji xətti Slovakiyanı alternativ enerji ilə təchiz etməyə imkan verəcək.
Bundan əlavə, Azərbaycanın regionda yaratdığı böyük data mərkəzləri Slovakiya üçün rəqəmsal əməkdaşlıq sahəsində yeni imkanlar açır və süni zəka infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində sinerji yaratmaq niyyətindədir. Məqsəd sülhsevər istiqamətdə, texnoloji imkanların birləşdirilməsi yolu ilə yeni məhsul və layihələrin hazırlanmasıdır.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yalnız möhkəmləndiyini deyil, həm də yeni inkişaf mərhələsinə keçdiyini təsdiqlədi. Səfər siyasi dialoqun genişlənməsi, iqtisadi layihələrin dərinləşməsi, enerji və nəqliyyat sahələrində qarşılıqlı asılılığın artması, “yaşıl enerji”, müdafiə sənayesi və rəqəmsal transformasiya istiqamətində çoxşaxəli əməkdaşlıq üçün güclü zəmin yaratdı. Azərbaycan və Slovakiya bu gün yalnız tərəfdaş deyil, regional və qlobal miqyasda möhkəm strateji müttəfiqlər kimi çıxış edirlər.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxAnalitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43

