Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir
30.12.2025 [19:31]
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətlərin beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, cəmiyyətlərin daxili birliyinin təmin olunmasında və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsində idman mühüm bir sahəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı da bu reallığı bir daha təsdiqləyir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var.
İdman siyasətinin ən mühüm hədəflərindən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü gənclər olmadan nə idmanda, nə də digər sahələrdə davamlı uğur əldə etmək mümkündür. Cənab Prezident İlham Əliyev çıxışında bunu bir daha təsdiqləyir: “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır”. 2025-ci ildə aparılan tədbirlər gənclərin idmana marağını əhəmiyyətli dərəcədə artırıb və bu proses ölkəmizdə artıq kütləvi xarakter almaqdadır.
İdman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Yarış meydanlarında nümayiş etdirilən əzmkarlıq, intizam və mübarizə ruhu gənclərin şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Beynəlxalq arenalarda Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağının qaldırılması cəmiyyətdə qürur hissini gücləndirir. Son illərin tarixi hadisələri fonunda idmançıların üzərinə düşən məsuliyyət daha da artıb. Onlar artıq yalnız fərdi nəticələrə görə deyil, həm də müzəffər xalqın nümayəndələri kimi çıxış edərək milli ruhu təmsil edirlər.
Prazident İlham Əliyev çıxışında minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş III MDB Oyunlarından bəhs edərək vurğulamışdır:“MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.”
Dövlət başçımız daha sonra UFC turniri, Formula 1 yarışları və digər beynəlxalq tədbirlərin ölkənin qlobal idman xəritəsində mövqeyini möhkəmləndirməsini qeyd etmişdir. Xüsusilə Formula 1 yarışlarının turizmə verdiyi töhfə rəqəmlərlə də öz təsdiqini tapır. Xarici turist axınının artması idmanın iqtisadi və imic baxımından nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətin təzahürüdür. Görünür ki, bu yarışlar vasitəsilə dünya auditoriyası təkcə idman mübarizəsini deyil, eyni zamanda Bakının və bölgələrin müasir simasını, inkişaf etmiş infrastrukturunu və mədəni mühitini də izləyir.
Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunları ilə bağlı çıxışı bir daha göstərdi ki, idman artıq təkcə bir sahə deyil, dövlətin sosial, iqtisadi və humanitar siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasət sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün tərbiyəsinə, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

