Tərtərdə 2 Fevral – Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
02.02.2026 [12:07]
Tərtər rayonunda 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qarabağ Regional Gənclər və İman İdarəsinin rəisi Anar Əsgərov, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. İştirakçılar mərkəzin foyesində gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, onların ölkənin ictimai-siyasi həyatında fəal rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə qazandıqları uğurlardan bəhs edib.
Rayon rəhbəri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmanına əsasən, 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bildirilib ki, Azərbaycanda Gənclər Gününün təsis edilməsindən sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilib.
Çıxışda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi və onların ölkənin inkişafında fəal iştirakı dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqdan danışaraq, onların Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizə tarixi Qələbə sevincini yaşatdıqlarını bildirib.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov çıxış edərək gəncləri təbrik edib, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin gənclərin innovativ potensialının üzə çıxarılmasına, milli maraqların qorunmasına və onların ictimai həyatda fəal iştirakının təmin edilməsinə xidmət etdiyini bildirib.
Eyni zamanda qeyd olunub ki, Prezident cənab İlham Əliyevin hər il imzaladığı Sərəncama əsasən, müxtəlif sahələrdə fərqlənən gənclərə Prezident mükafatı təqdim olunur ki, bu da gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Peşə Məktəbinin müəllimi Aynur Əliyeva, Qaraağacı kənd tam ümumtəhsil məktəbinin müəllimi Yaqut Qurbanzadə və Qərbi Azərbaycan İcmasının İdarə Heyyətinin üzvü Kənan Əlizadə çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxışlarda rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən, Gənclər Mərkəzinin, Olimpiya İdman Kompleksinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının istifadəyə verilməsindən, park və istirahət guşələrinin salınmasından bəhs olunub.
Şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Röya Balakişiyeva gəncliyə həsr olunmuş şeir səsləndirib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman, qiymətli hədiyyələr və YAP sıralarına yeni qatılan bir qrup gəncə isə üzvülük vəsiqələri təqdim olunub.
Daha sonra iştirakçılar rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramını izləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33

