Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir
02.02.2026 [12:44]
Tarixin elə məqamları var ki, susmaq mümkün deyil. Çünki həmin anlarda söz də, sükut da məsuliyyət daşıyır. Bu gün Azərbaycan məhz belə bir mərhələdədir. Qalib dövlətdir. Zəfər qazanmış xalqdır. Amma Zəfər – son deyil, başlanğıcdır. Və bu başlanğıcın adı Azərbaycan gəncliyidir. Bu gənclik təsadüfən formalaşmayıb. Bu gənclik illərlə düşünülmüş, ideoloji əsasları qoyulmuş, siyasi iradə ilə yoğrulmuş dövlət strategiyasının məhsuludur. Bu strategiyanın müəllifi Ulu Öndər Heydər Əliyev, onun müasir dövrdə zirvəyə çatdıranı isə cənab Prezident İlham Əliyevdir. Ən əsası Ulu Öndər Heydər Əliyev gəncliyi tarix səhnəsinə çıxaran lider olub. Ulu Öndər Heydər Əliyev gəncliyə sadəcə ümid yeri kimi baxmırdı. O, gəncliyi dövlətin taleyini daşıyan qüvvə hesab edirdi. Məhz buna görə də gənclərlə bağlı hər çıxışı, hər qərarı tarixi məna daşıyırdı. “Gənclər bizim gələcəyimizdir. Gələcək isə bu gündən başlanır.” Deyən Ulu Öndərin bu istiqamətdə gördüyü işləri artıq tarix danışır və dilə gətirir.
1990-cı illərin ağır, çətin, sarsıdıcı günlərində belə Ulu Öndər gənclərin sabahına investisiya yatırdı. Çünki bilirdi ki, dövləti yaşadan təkcə bugünkü güc yox, sabahkı nəsildir. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumları, “Qızıl kitab”, Prezident təqaüdləri, xaricdə təhsil proqramları – bunların hamısı bir məqsədə xidmət edirdi: müstəqil dövlətə müstəqil düşünən gənclər yetişdirmək. Ulu Öndərin bu tarixi çağırışı bu gün də yol xəritəsidir: “Hər bir Azərbaycan gənci bilməlidir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir.” Əgər Ulu Öndər gəncliyin ideoloji əsasını qoymuşdusa, cənab Prezident İlham Əliyev bu ideyanı Zəfər reallığına çevirdi. Onun rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə qədəm qoydu – qlobal çağırışlara cavab verən, güclü dövlət modelinə uyğun gənclik siyasətinə. “Biz öz gücümüzə güvənən ölkəyik. Gənclər bu gücün əsas dayağıdır”-deyən dövlətimizin başçısı bir daha gəncliyə olan böyük inamını və qayğısını ifadə edib. “Gənclər ili”, xaricdə təhsil üzrə dövlət proqramları, Gənclər Fondu, “Yüksəliş” müsabiqəsi, könüllülər hərəkatı – bunlar sadəcə layihələr deyil. Bunlar liderlik məktəbləridir. Bu məktəblərdə yetişən gənclər 2020-ci ildə Vətən müharibəsində tarix yazdılar. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti ilə gənclərin cəsarəti birləşdi və nəticədə Azərbaycan 30 illik işğala son qoydu. Bu Zəfər sübut etdi ki, dövlət başçısının uzaqgörən siyasəti ilə gəncliyin vətənpərvər ruhu birləşəndə tarix dəyişir.
Zəfərdən sonra Azərbaycan gəncliyinin qarşısında daha ağır, daha məsuliyyətli bir vəzifə dayanır ki, bu da qazanılan qələbəni əbədi etməkdir. Bu gün gənclər azad edilmiş torpaqlarda quruculuğun ön sırasındadır, yeni iqtisadiyyatın, yaşıl enerjinin, rəqəmsal Azərbaycanın memarına çevrilir, informasiya müharibəsində Azərbaycanın haqq səsini qoruyur. Bu artıq sadəcə fəallıq deyil. Bu, tarixi missiyadır. Bu gün Azərbaycan gənci təkcə ölkə daxilində deyil, qlobal müstəvidə söz sahibidir. Dünyanın aparıcı universitetlərində, beynəlxalq təşkilatlarda, elmi və texnoloji platformalarda Azərbaycan gəncliyi qalib ölkənin intellektual siması kimi çıxış edir. Onlar sübut edirlər ki, Azərbaycan təkcə enerji xəritəsində, siyasi gündəmdə deyil həm də bilik və innovasiya xəritəsində güclü dövlətdir. Bu gün Azərbaycan gəncliyinə baxanda bir həqiqət bütün aydınlığı ilə görünür. Bu gənclik təsadüf deyil. Bu gənclik dövlət siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın inamı qalib Azərbaycan gəncliyində ilə bir nöqtədə birləşib. Onu da deməliyəm ki, paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir. Bütün bunları isə müasir və güclü gəncliyin yetişməsi deməkdir.
2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil. Bu gün and günüdür. Dövlətə sədaqət andı, Zəfərə sahib çıxmaq andı, gələcəyə cavabdehlik andıdır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

